Narkotiklə mübarizə Elnur Aslanovun dostuna tapşırılıb

 publika.az139773022671528Milli  Təbliğat Ofisinin rəhbəri Məzahir Əfəndiyev də şəbəkənin üzvüdür

“Elnur Aslanovun  yaxın  “silahdaş”ları”  ilə bağlı  dərc  etdiyimiz bir neçə yazıda Prezident Administrasiyasının sabiq şöbə müdiri Elnur Aslanova yaxın olan böyük bir şəbəkənin əsas üzvləri barədə bəhs etmişik. Qısa xatırlatma üçün bildirək ki, bu şəbəkənin üzvləri arasında  “NOVCO”-nun rəhbəri Fərid Novruzi, qardaşı Elsel Novruzi ( Gömrük Komitəsinin sədri Aydın Əliyevin kürəkəni ), Gallery  mağazalarının və “Park Bulvar”da yerləşən HAPPY LAND uşaq əyləncə mərkəzinin sahibi Təyar Akubayev, AFFA-da məsul vəzifədə çalışan Elxan Əsədov,   “SPEKTR” turizm şirkətinin və “KOFE shop”-un sahibi Göydəniz Qəhrəmanov, Azərbaycan Gənclər Fondunda məsul vəzifədə çalışan Faiq Qürbətov,  “Likoyl”-da yüksək vəzifə daşıyan Həsən Muradov və digər  vəzifə və iri biznes  sahibləri var.

Araşdırma zaman məlum oldu ki, Elnur Aslanovun “silahdaş”ları təkcə vəzifə və biznes sahəsində deyil. Qeyri-Hökumət Təşkilatları sektorunda da  “nurçu”ların şefinin “silahdaş”ları az deyil.

Ötən yazıda  belə  “silahdaş”lardan biri olan  Rüstəm Əliyevdən bəhs etmişdik. Xatırlatma üçün bildirək ki, ölkəmizin QHT sektorunda “ağır çəkili”  fiqurlardan biri olan Rüstəm Əliyev  böyük layihələrini Elnur Aslanovun himayədarlığı ilə həyata keçirib. Rüstəm Əliyev SOCAR-ın Təhlükəsizlik İdarəsinin rəisi Rəşad Əliyevin böyük qardaşı, Milli Məclisin üzvü Sədaqət Əliyevanın bacısı oğlu, eyni zamanda ARDNŞ-nin prezidenti Rövnəq Abdullayevin  anasının əmisi oğludur  və əslən Şərur rayonundandır.mezahirefendiyev2

Bu gün  Qafqaz Xəbər Agentliyinə ( qafqaznews.org )  daxil olan məlumatda  QHT sektorunun daha bir iri fiqurundan bəhs edilir.

Məlumatdan bəlli olur ki, Narkotiklərə dair Milli Təbliğat Ofisinin rəhbəri Məzahir Əfəndiyev də Elnur Aslanovun yaxın “silahdaş”larından biridir  və böyük maliyyə imkanlarına sahibdir.

Bu gün narkoriklərlə mübarizə dünyada aktual olduğu halda Məzahir Əfəndiyev deyir ki: “ Narkotiklərlə mübarizə üçün dövlət proqramı olmalıdır və ona uyğun işlər görülməlidir”.

Görəsən, Məzahir Əfəndiyevin başı nəyə qarışıb..?

Bu barədə növbəti sayımızda bəhs edəcəyik.

Sənan Məmmədli

Qafqaz Xəbər Agentliyi (qafqaznews.az)

 

 

 

 

 

 

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR