“PA-nın təmsilçisi” Nurəddin İbrahimov kimdir?-FOTO

Безымянный copyBir neçə gün əvvəl Qafqaz Xəbər Agentliyində(qafqaznews.az) ““Boss” ləqəbli Aynur xanım kimdir ?” başlıqlı məqalə dərc olunmuşdu. Məqalə Bakı şəhərində qanunsuz söküntü işləri aparan “Azimport” şirkətinin “xüsusi qrup”undan bəhs edirdi. Xatırlatma üçün bildirək ki, “Azimport”un sahibi Rəşad Məmmədovun göstərişi ilə Səbail rayonu ərazisində aparılan sökünti işləri ilə bağlı bir qrupa “Boss” ləqəbli Aynur adlı bir xanım rəhbərlik edib. Sakinlərin dediyinə görə Aynur xanım AA nömrəli avtomobildən gəlib düşərək hər dəfə sakinlərə bir söz deyirdi: “Mən nəinki,“Azimport” şirkətini, həm də burda dövləti təmsil edirəm”. Sakinlərin dediyinə görə Aynur xanımın dəstəsində bir neçə nəfər şəxs olub. Aynur xanımın “söküntü işləri üzrə” sağ əli Azər adlı şəxs olub. Bu qrupda Arzu adlı makler, özünü PA-ın təmsilçisi kimi sakinlərə təqdim edən Nürəddin adlı şəxs və sakinlərlə şirin-şirin danışıq aparıb “Azimport”un maraqlaScreenshot_2015-05-17-20-05-12rın qoruyan Zülfəli adlı şəxs olub. Əldə etdiyimiz məlumata görə Aynur xanımın həyat yoldaşı FHN-nin polkovnikidir və əslən Qazax rayonundandır. 04_bigDərc etdiyimiz məqalə cəmiyyətdə geniş rezonans doğurdu və ölkənin ən tirajlı qəzetləri bizim yazını tirajladı. Bu gün “söküntü qrupu”nun üzvləri barədə redaksiyamıza yeni məlumatlar daxil olub. Mənbənin verdiyi məlumata görə, Nurəddin İbrahimov Gəncədə həkim ailəsində doğulub. Atası Nizami İbrahimov Gəncə şəhərində dəri -zöhrəvi həkimi , anası Rahifə xanım isə kosmetoloq həkimidir. Həkim ailəsində böyüyən Nurəddin İbrahimov Prezident yanında İdarəetmə Akademiyasının məzunudur. Və sonradan hökümət evində çalışaraq Rəşad Məmmədovun söküntü işləri ilə əlaqədar sağ əli olub. Ancaq sonradan nədənsə Rəşad Məmmədov onu “Boss” ləqəbli Aynur xanımın “qruppa”sına “ezam edib”. Səbail rayonunun sakinləri də Nürəddin İbrahimovu son vaxtlar “Boss” ləqəbli Aynur xanımın yanında görüblər. Bizə gələn digər məlumata görə, “Boss” ləqəbli Aynur xanım əslən nehrəmlidir və tanınmış oliqarxın və generalın qohumudur. Başqa bir məlumata görə isə Nürəddin İbrahimov valideynlərinin köməkliyi ilə  Gəncə şəhərində şəhər səhiyyə şöbəsinin müdirinin və poliklinikanın baş həkiminin xəbəri olmadan poliklinikalardan birinin şöbəsini özəlləşdirmiş, zirzəmisini  zəbt edərək  ayda üç min manata icarəyə verib. Bu barədə Qafqaz Xəbər Agentliyinin araşdırmaları ilə növbəti yazıda tanış ola bilərsiniz.

Qafqaz Xəbər Agentliyi (qafqaznews.az)

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR