Yanğına dimdiyində su daşıyan quş

ba38a4cc42ff02f31575e19983c1f251_XLVə yanğına nəzarət edən general İsrayıl  Əliyev

Rəvayətlərin birində deyilir ki, yanan evi söndürmək istəyənlər arasında qaranquş da var imiş. Bu kiçik canlı dimdiyində su gətirib alovun üstünə atırmış. Başqa bir canlı isə alovun üstünə xırda bir çöp atırmış. Əlbəttə qaranquşun dimdiyində gətirdiyi bir damcı suyun alovu söndürməsini düşünmək sadəlövhlük olardı. Eyni zamanda alovun üstünə düşən bir xırda çöpün alovu gücləndirməsini də düşünmək ağılsızlıqdır. Yəni söhbət “bir damcı”dan və “bir çöp”dən getmir. Söhbət fəlakətə münasibətdən gedir. Bu qədim rəvayəti nə üçün yada saldıq..? Son günlər bütün ölkə Binəqədi rayonu ərazisindəki 16 mərtəbəli binada baş verən yanğından və nəticədə 16 nəfərin ölməsindən, onlarla insanın yaralanmasından danışır. Əlbəttə insan ölümünün 1 nəfəri də fəlakətdir. Nəzərə alsaq ki, yanğın zamanı ölənlər arasında azyaşlı uşaqlar var, bu daha faciəlidir. Və ən əsası…bu təbii fəlakət deyil. Zəlzələ deyil, tufan deyil, sadəcə, məmur özbaşınalığının nəticəsidr. İnsanlar təbii fəlakəti “təbii” qarşılayır və faciənin qaçılmaz olduğunu başa düşürlər.
Ancaq hansısa axmaq məmurun tamahı ucbatından faciə baş verəndə, bu dözülməz ol64C5155B-8C99-4818-895C-E6B9F1E0CB0F_w974_n_sur. Əslində Binəqədidə baş verən yanğının ana təbiətə, uca Allaha heç bir dəxli yoxdur. Həm də axı fəlakət bir neçə gün əvvəl Xətai rayonu ərazisindəki yanğın zamanı xəbərdarlıq etdi dəə… Görəsən məmurlar bundan niyə nəticə çıxarmadı..? Axı, hamının gözü qarşısında Xətai rayonu ərazində bir bina yanıb kül oldu. Yaxşı ki, həmin binada yanğın zamanı ölüm-itim olmadı. Bundan yaxşı nə ola bilərdi..? Xəbərdarlıq olunur ki, tamahınız ucbatından qondardığınız fəlakət hər an işə düşə bilər və düşür. Amma ölüm olmur… Binəqədi rayonundakı yanğında isə böyük fəlakət oldu. İndi hamı günahı bir-birinin üzərinə atır. Fövqəladə Hallar Nazirliyi ( FHN ) Bakı Şəhər İcra Hakimiyyətinin ( Bakı ŞİH ), Bakı ŞİH isə rayon bələdiyyəsinin, bələdiyyə isə günahı tikinti komitəsinin üzərinə atmaqla yaxasını kənara çəkmək istəyir. 246FA449-7120-45FF-A0E9-96AD494495CE_w974_n_sƏslində bu qurumların hamısının az-çox dərəcədə günahı var bu fəlakətdə. Amma… Adından göründüyü kimi FHN məhz belə situasiyalar üçün yaradılıb. Yanğınların söndürülməsi və xilasetmə bu nazirliyin əsas funksiyasıdır. Digər tərəfdən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin, başda rəis general-mayor İsrayıl Məhərrəm oğlu Əliyev olmaqla vəzifəsi yanğına nəzarət etməkdir. Bu qurumun əsas vəzifəsi yanğın təhlükələrinin qarşısını almaqdır. Görəsən, İsrayıl Əliyev binaları dövrələyən üzlüklərin nə qədər təhlükləli olduğunu görmürdü? Söhbət təkcə İsrayıl Əliyevdən getmir.. FHN-də sənaye və tikintilərdə işlərin təhlükəsizliyinə nəzarət edən qurum var. Bunlar hara baxırdı..? Digər tərəfdən hər binanın təhvil-təslim aktlarında FHN-nin nümayəndələrinin, o cümlədən İsrayıl Əliyevin imzası var. İsrayıl Əliyevin Yanğın Nəzarəti Müfəttişliyi görəsən hara baxırdı..? Axı, ölkə başçsı sizlərə etimad göstərib böyük vəzifələr verir, üstəlik general-mayor rütbəsi ilə mükafatlandırır. Bəs bu boyda etimadın qabağında siz nə edirsiniz, cənab İsrayıl Əliyev(lər)..? Yəqin ki yaxın günlərdə bu suala cavab tapılacaq.

Kamran Məhərrəmli

Qafqaz Xəbər Agentliyi (qafqaznews.az)

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR