Rəşad Məmmədovun “sağ əli” Gəncəyə uzanıb

3212 copyDövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin rəisi, “Azİmport” şirkətinin sahibi Rəşad Məmmədovun həbsi ölkədə çox ciddi proseslərə start verdi. Məlum oldu ki, bəzi məmurlar, oliqarxlar uzun müddət özbaşınalıqla məşğul olublar və özlərini toxunulmaz hesab ediblər. Amma bir gün hər şey büsbütün dəyişdi. Az qala Bakını söküntü meydanına çevirən, vətəndaşların mülkünü əlindən alan “Azimport” şirkətinin sahibi Rəşad Məmmədov həbs edildi. Axı, Rəşad Məmmədov təkbaşına az qala şəhərin yarısını “sökə-sata” bilməzdi. Rəşad Məmmədovun həbsindən sonra onun “komanda”sının üzvləri yavaş-yavaş üzə çıxmağa başladılar. Onun “komandası”nın üzvləri ilə bağlı Qafqaz Xəbər Agentliyində(qafqaznews.az) ardıcıl məqalələr dərc elədi. ““Boss” ləqəbli Aynur xanım kimdir ?” başlıqlı ilk məqalə Bakı şəhərində qanunsuz söküntü işləri aparan “Azimport”şirkətinin “xüsusi qrup”undan bəhs edirdi. Xatırlatma üçün bildirək ki, “Azimport”un sahibi Rəşad Məmmədovun göstərişi ilə Səbail rayonu ərazisində aparılan sökünti işləri ilə bağlı bir qrupa “Boss” ləqəbli Aynur adlı bir xanım rəhbərlik edib. Bu qrupun əsas üzvlərindən biri özünü PA-nın təmsilçisi kimi sakinlərə təqdim edən Nürəddin olub. Onunla bağlı redaksiyamıza xeyli məlumatlar daxil olub.

Qısaca bildirək ki, mənbənin verdiyi məlumata görə, Nurəddin İbrahimov Gəncədə həkim ailəsində doğulub. Atası Nizami İbrahimov Gəncə şəhərində dəri -zöhrəvi həkimi , anası Rahifə xanım isə kosmetoloq həkimidir. Həkim ailəsində böyüyən Nurəddin İbrahimov Prezident yanında İdarəetmə Akademiyasının məzunudur. Və sonradan hökümət evində çalışaraq Rəşad Məmmədovun söküntü işləri ilə əlaqədar sağ əli olub. Ancaq sonradan nədənsə Rəşad Məmmədov onu “Boss” ləqəbli Aynur xanımın “qruppa”sına göndərib. Redaksiyamıza daxil olan məlumata görə, Bakıdakı əməllərindən “yorulmayan-bezməyən” Nurəddin İbrahimov Gəncə şəhərindəki səhiyyə obyektlərinə sahib çıxmaq istəyib. Və buna nail olib. Beləki Nürəddin İbrahimov valideynlərinin köməkliyi ilə Gəncə şəhərində şəhər səhiyyə şöbəsinin müdirinin və poliklinikanın baş həkiminin xəbəri olmadan poliklinikalardan birinin şöbəsini özəlləşdirmiş, zirzəmisini zəbt edərək ayda üç min manata icarəyə verib. Təfərrüatı ilə qeyd edək ki, poliklinikanın baş həkimi Fərhad doktor bir də xəbər tutub ki, Nurəddin İbrahimov və onun həkim valideynləri poliklinikanın bir böyük bölməsini özəlləşdiriblər. Özəlləşdirilmiş sahənin “kupça”sını baş həkim və şöbə müdiri görəndə dəhşətə gəliblər. Mənbə onu da bildirir ki, poliklinikanın özəlləşdirilən sahəsini Nürəddin İbrahimovun anası Rahifə xanım kosmetika salonu edib. Hazırda həmin kosmetika salonu ayda üç min manata icarəyə verilib. Bununla kifayətlənməyən Nürəddin İbrahimov özəlləşdirdiyi sahənin zirzəmisini də qeyri-qanuni özününküləşdirib. Bundan xəbər tutan poliklinikanın baş həkimi Fərhad doktorla Nürəddin İbrahimovun arasında narazılıq yaranıb. Məlumat üçün bildirək ki, həmin ərazi Gəncə şəhərinin Mərkəzi univermağının arxasında yerləşən 9 mərtəbəli binanın birinci mərtəbəsindədir. Həmin obyektin gizli özəlləşdirməsi müəyyən qurumlarda narazılıq yaradıb. Bir sözlə, Gəncədə “Nurik” deyə çağrılan şəxsin qanunsuz obyektlərinin sayı artmaqda davam edir.

Qafqaz Xəbər Agentliyi (qafqaznews.az)

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR