Azərbaycanda güclü zəlzələ olacaq?

44803“Elə gün olmur ki, Azərbaycanda zəlzələ baş verməsin”.
Bunu ANS PRESS-ə açıqlamasında AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, geologiya – mineralogiya elmləri doktoru Qurban Yetirmişli deyib.

Q. Yetirmişli zəlzələ aktivliyinin artmasından da danışıb:

“Əgər hər hansı tektonik bölgədə ardıcıl zəlzələ baş verirsə onda həmin ərazidə aktivliyin artmasından danışmaq olar. Xəzər dənizi, Şamaxı, İsmayıllı bölgəsi, Lənkəran, Astara, Lerik, Cəlilabad və Zərdabda baş verən zəlzələlər aşağı səviyyədə olan seysmikliklərdir. Həmin bölgələrdə təkanların qeydə alınması qeyri-adi bir məsələ deyil. Buna aktivliyin artması demək olmaz. Zəlzələlərin sayının artması seysmik stansiya şəbəkələrinin sıx olması ilə əlaqədardır. Zəlzələni qeydə alan 39-dan çox cihazımız var. Həmin cihazlar yerli və dünyanın hər yerində baş verən zələzələləri qeydə alır”.

Sonda Q. Yetirmişli qeyd edib ki, ölkə ərazisində hər hansı bir güclü zəlzələnin baş verməsi gözlənilmir: “Katostrofik güclü zəlzələ amilləri hələ ki, yoxdur. İnsanlar narahat olmasınlar”.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR