
Məlumata görə, Suraxanı-Hövsan şossesinin yaxınlığında yerləşən “Bahar”massivində əlillər üçün 3,8 ha torpaq sahəsi ayrılıb. Ancaq Suraxanı icra hakimiyyəti əlillərə həmin ərazidə yaşayış evi tikməyə icazə vermir.
Əlillərdən biri Loğman Paşayev bildirib ki, dəfələrlə Bakı və Suraxanı icra hakimiyyətlərində olmuşuq,ancaq konkret bir söz demirlər.
Vətən Müharibəsi Birliyinin sədri Firudin Məmmədov isə qafqaznews.org-un müxbirinə bildirib ki:“Bakı ŞİH-nin başçısı Hacıbala Abutalıbovun qəbulunda olanda bizim yanımızda Suraxanının icra başçısı İlqar Abbasova tapşırdı ki, əlillərə lazım olan icazəni verin”.
Məmmədovun sözlərinə görə İlqar Abbasov Hacıbala Abutalıbovun tapşırığını saymadı.
Əlil Loğman Paşayev isə bildirib ki, Suraxanının icra başçısı əlbət biz əlillərdən pul gözləyir, biz əlillərdə pul haradan ola bilər…
Məsələyə aydınlıq gətirmək üçün Suraxanı RİH-nin şöbə müdiri Barxudar Barxudarovla əlaqə saxladıq.O, bildirdi ki:“Loğman Paşayev yalan danışır, həmin torpaq sahəsi əlillərin şəxsi torpağı deyil, şəhər icra hakimiyyətinə məxsusdur. Haqqında söhbət gedən torpaq sahəsi əlillərin işləməsi üçün təsərrüfat yaratamağa görə ayrılıb… ev tikmək üçün yox..”
Qafqaz Xəbər Agentliyi (qafqaznews.org)