NASA yeni Günəş-qalaktika kəşf etdi

teleqraf.com1432373497NASAABŞ Milli Kosmik Agentliyinin (NASA) alimləri kainatın ən işıqlı qalaktikasını kəşf ediblər. Teleqraf.com xəbər verir ki, yeni qalaktika Günəşdən 300 trilyon dəfə çox işıqlandırır. Qalaktika Yer planetindən 12,5 milyard işıq ili uzaqlıqdadır. Yeni qalaktikaya WISE J224607.57-052635.0 adı verilib. Alimlər qeyd ediblər ki, qalaktikaların yüksək parlaqlığı onun üzərindəki böyük qara deşiklərlə bağlıdır. “Böyük qara deşiklər özünə qazı və digər maddələri çəkir. Burada isə onlar milyonlarla dərəcə temperatura qədər qızır və yüksək enerji, həmçinin ultrabənövşəyi və rentgen şüaları ayırır. Qara deşikləri bürüyən toz buludları işığı buraxmır, amma tozun temperaturu milyonlarla dərəcəyə qədər yüksəlir və infraqırmızı şüalanmanı verir”.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR