İstidən ölənlərin sayı 1200 nəfəri keçdi

38972Ölənlərin əksəriyyəti Andxra-Paradeş və Telanqa ştatlarındandır. Bu ştatlarda gündüzlər havanın hərarəti 48,8 dərəcəyə qədər qalxır.
Meteoroloqların fikrincə, yaxın günlərdə temperatur 50 dərəcəyə yüksələ bilər. Temperaturun tədricən aşağı düşməsini isə yalnız iki-üç gündən sonra gözləmək olar.
Həkimlər yerli əhaliyə mümkün qədər çox maye qəbul etməyi, gündüzlər küçəyə çıxmamağı və fiziki aktivliyi məhdudlaşdırmağı məsləhət görürlər. Nyu-Deli şəhərində yerləşən xarici diplomatik missiyanın əməkdaşları, demək olar, kondisionerli otaqlardan kənara çıxmırlar. Xarici turistlərə isə bu günlərdə Hindistana səfərlərdən vaz keçmək tövsiyə olunub.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR