Banklar qanun qarşısında cavab verməlidir

141031_428926 mayda Qafqaz Xəbər Agentliyində (qafqaznews.org) “Banka borcu olanlar krediti qaytarmaya bilər” başlıqlı məqalə dərc olunmuşdu. Məqalədə iqtisadçı ƏkSHA9532-e1419850005340rəm Həsənovun qafqaznews.az saytında dərc olunan fikirlərinə əsaslanmışdı.
Məqalənin müəllifi Əkrəm Həsənov qeyd edir ki, məlum olduğu kimi, banklar kredit müqavilələrində faizlərin ayda bir dəfə ödənilməsini təsbit edir. Halbuki, Mülki Məcəllənin (MM) 741-ci maddəsinə əsasən faizlər ildə bir dəfə ödənilməlidir. Bu müddəa Almaniya Mülki Qanunnaməsinin 488-ci maddəsi əsasında tərtib edilib. Fərq yalnız ondan ibarətdir ki, almanlarda bu norma dispozitivdir, bizdə isə imperativ. Yəni onlarda müqavilə ilə başqa qaydanın müəyyən edilməsi imkanı verilir, bizdə isə verilmir. Buna baxmayaraq, banklarımız müqavilədə başqa qayda (faizlərin aylıq ödənilməsi) müəyyən edir və bununla da qanunu pozurlar. Bu isə o deməkdir ki, borclular ən pis halda aylıq əsasda ödədikləri faizlərin əsas borcun ödənilməsi hesab edilməsini tələb edə bilər. Bu isə əsas borcun, yəni kredit yükünün azalmasına gət4ff51WP_20130311_0061irəcək. Ən yaxşı halda isə ümumiyyətlə kredit müqaviləsinin etibarsızlığı tələbini irəli sürmək olar. Belə ki, MM-in 337.1-ci maddəsinə əsasən MM-də müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Deməli, o cümlədən MM-in 741-ci maddəsində müəyyənləşdirilmiş imperativ hüquq normasını pozmaqla bağlanmış kredit müqaviləsi də etibarsızdır. Yəni kredit müqaviləsi pozul0109001025121-300x225ur. Bu o deməkdir ki, MM-in 337.5-ci maddəsinə görə, borclu şəxs götürdüyü məbləği banka qaytarır, bank isə vətəndaşa ödənilən faizləri və komissyon xərclərini geri qaytarır. Əkrəm Həsənovun fikrincə, belə olan halda MM-nin 460.3-cü maddəsində nəzərdə tutulan ( girov, ipoteka və s ), yəni krediti təmin edən öhdəliklər də qüvvədən düşür.
Bütün bunlarla bağlı hüquq müdafiəçisi Tağı Hüseynov Qafqaz Xəbər Agentliyinə (qafqaznews.org) bildirib ki, banklar vətəndaşları aldatmaq üçün müqavilə azadlığı prinsipindən sui-istifadə edirlər.
Digər hüquq müdafiəçisi Elçin Behbudov isə Qafqaz Xəbər Agentliyinə (qafqaznews.org) bildirib ki, öz müştərilərini aldadan banklar qanun qarşısında cavab verməlidir.

Araz Мəmmədov

Qafqaz Xəbər Agentliyi (qafqaznews.org)

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR