Cavid Qurbanov köhnə qatarları ləğv etdi

96193_res_01“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovun göstərişi ilə elektrik qatarlarının istifadəsi dayandırılıb. Dünəndən etibarən qatarlar xəttən çıxarılıb.

Bu barədə azvision.az-a daxil olan məlumatı “Azərbaycan Dəmir Yolları” QSC-nın mətbuat katibi Nadir Əzməmmədov təsdiqləyib.

N.Əzməmmədov bildirib ki, sərnişin parkı yeniləndiyinə görə, köhnə qatarlar xəttdən çıxarılıb.

QSC sözçüsünün fikrincə, köhnə qatarların yerinə yeni qatarlar gətiriləcək.

“Yaxın günlərdə yeni qatarlar gətiriləcək. Müqaviləyə əsasən, “Stadler Railway” şirkətindən 5 ədəd ikimərtəbəli sərnişin vaqonları alınıb. Ayın 2-də həmin vaqonlardan 2-si Azərbaycana gətiriləcək. Bu vaqonlar Bakı-Xırdalan-Sumqayıt dəmir yolu marşrutunda istifadə ediləcək.

Yaxın günlərdə digər vaqonlar da gətiriləcək və Yalama- İmişli istiqamətində xəttə buraxılacaq”.

N.Əzməmmədov bildirib ki, yeni qatarlar Latviyadan alınacaq.

“Müvəqqəti narahatlığa baxmayaraq, yaxın günlərdə bu problem aradan qaldırılacaq. Təzə qatarlar gətirilən kimi istismara veriləcək”.

Qiymət artımının olacağı ilə bağlı sualacavabında N.Əzməmmədov, bununla bağlı Tarif Şurasına müraciət olunacağını deyib: “Burada ikimərtəbəli elektrik qatarlarından söhbət gedir. Hələki bu barədə iş getmir. Çox güman ki, Tarif Şurasına müraciət ediləcək. Araşdırma aparacağıq ki, bir sərnişin Bakı-Sumqayıt arasında gediş-gəlişi neçəyə başa gəlir. Ümumi qiymət çıxarılıb, Tarif Şurasına o təklif olunacaq”.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR