Cəlilabadın təhsil şöbəsi müdirindən baş prokurora – ŞİKAYƏT

20150529-152800linkCəlilabaddan şikayət var.

Rayonun Üçtəpə kənd sakini Ramiz Yarıyev Vertikal.az-a məktub yollayıb. O, yazır: “Təhsil Nazirliyi Əhliyyət Adıgözəlovu ezam etmişdi. Rayon təhsilinin mövcud durumu haqqında Əhliyyət müəllimlə 1 saatdan artıq davam edən müzakirəmiz oldu.

Deyilən iradları qəbul edən nazirliyin aparıcı məsləhətçisi söz verib dedi ki, çox qısa vaxt ərzində qanunu pozan təhsil işçiləri haqqında tədbir görüləcək. Nazirlik nümayəndəsi söz versə də Təhsil şöbə müdiri Vidadi Dövlətov qanunu pozan adı çəkilən şəxslər haqqında heç bir tədbir görə bilməyəcəyini dedi.

Cəlilabad rayon Göytəpə 1 saylı və 2 saylı məktəbin xanım direktorları hansısa vəzifəli şəxslər tərəfindən himayə olunur. Təhsil şöbə müdiri Vidadi Dövlətov tabeliyində olan direktorların bu cür adamlarının qarşısını ala bilmir.
Vidadi Dövlətov bu günə qədər hələ də Göytəpə 1 saylı tam orta məktəbin ilin ən yaxşı məktəbi kimi aldığı 10 000 manatın hesabatını istəyə bilməməsi , məktəb rəhbərləri tərəfindən keçirilməli olan Böyük Summativ Qiymətləndirmənin (BSQ) testlərini özlərinin səriştəsi olmadığından , şagirdlərdən pul yığıb Bakı şəhərindən gətizdirərək onları qiymətləndirməsini bilib qanunsuzluqları edənlərə heç nə edə bilməməsi himayəçilərin böyük insanlar olduğundan xəbər verir. Hörmətli Baş Prokuror Zakir Qaralovdan xahiş edirəm ki, Cəlilabad rayon təhsilini əsaslı yoxlamaq üçün göstəriş versin”.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR