Bakıda bələdiyyə sədri və işçisi döyüldü

96341_res_01Bakının Suraxanı rayonu, Bülbülə qəsəbəsi bələdiyyəsinin sədri və işçisi döyülüb.

Virtualaz.org saytının Bülbülə sakinlərindən əldə etdiyi məlumata həmin qəsəbənin sakini Araz Həsənov Bülbülə qəsəbə bələdiyyəsinin sədri Natiq Həsənovu və bələdiyyənin digər əməkdaşı Samir Əliyevi döyüb.

Bələdiyyə sədri Natiq Həsənov virtualaz.org saytına açıqlamasında insidenti təsdiqlədi.

N.Həsənov bildirdi ki, hadisə mayın 28-də olub: “Mübahisə həmin vətəndaşın qanunsuz olaraq torpaq sahəsi zəbt etməsi üstündə düşüb. Bələdiyyə və icra hakimiyyətinin nümayəndələri bu məsələni araşdırmaq üçün həmin ərazidə olarkən Araz Həsənov aqressiv davranıb. Rayon icra hakimiyyəti başçısının ünvanına təhqirlər səsləndirib və əlbəyaxa davaya girib. Bundan sonra tərəfimizdən polisə müraciət olunub. Hazırda araşdırma aparılır”.

Bələdiyyə sədri onu da bildirdi ki, A.Həsənovun Bülbülədə təxminən 15 sot ərazidə evi var, üstəlik yaxınlıqda daha 20 sot torpaq sahəsini qanunsuz olaraq zəbt edib.

A.Həsənov artıq polis tərəfindən saxlanılıb.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR