Ermənistan ordusunda ölənlərin sayı artacaq

ErmYni_ordusu_itki_verdi_229 mayda 19 yaşlı erməni əsgər xərçəng xəstəliyindən dünyasını dəyişib. Xdr Saroyan adlı əsgər milliyətcə yezit olub.
Məlum olub ki, Saroyan İrəvan Dövlət Universitetinin birinci kurs tələbəsi olub. Ölən əsgərin yaxınları bildirib ki, Xdr 12 yanvarda orduya çağırıldıqdan sonra vəziyyəti ağırlaşıb.
Andiçmədən sonra əsgərin halı pisləşib və temperaturu yüksəlib. Ancaq buna baxmayaraq onu təxris etməyiblər. Uzun müddət hospitallarda müalicə olunan Xdr əziyyət çəkdiyi xərçəng xəstəliyindən ölüb.
Qeyd edək ki, ölkədə ağır iqtisadi vəziyyətdən yaxa qurtarmaq istəyən erməni gənclər xarici ölkələrə üz tutduğu üçün Ermənistan ordu sıralarına əsgər cəlb etməkdə çətinlik çəkir. Məhz buna görə erməni tərəfi müalicəsi mümkün olmayan emin-hesenli-politoloqxəstə insanları, həmçinin ömürlük həbs olunmuş cinayətkarları ön cəbhəyə göndərir. (vesti.az)
“Ehtiyata buraxılmış gənc əsgərlər” birliyinin sədri Emin Həsənli Qafqaz Xəbər Agentliyinə (qafqaznews.org) bildirib ki, erməni ordusunda ölənlərin sayı artacaq: “ Ölən əsgərlərin sayının artmasının səbəbi Ermənistandakı iqtidardır. Bu gün Ermənistanda hakimiyyəti Dağlıq Qarabağdan olan separatçılar zəbt edib. Bu ölkə şimal qonşusundan tam asılı vəziyyətdədir.”.
Həsənlinin fikrincə, Ermənistanda ordu tam siyasiləşib: “ Həm Köçəryan, həm də Sərkisyan hakimiyyətə ordunun dəstəyi ilə gəliblər”.

Araz Мəmmədov

Qafqaz Xəbər Agentliyi (qafqaznews.org)

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR