Bakı ŞİH ilə maklerlərin işbirliyi? (VİDEO,FOTO)

313129 mayda “virtualaz.org” saytında “MTN “maklerlər bandası”nı həbs etdi” başlıqlı məqlə dərc olunub. Məqalədən bəlli olur ki, bir neçə gün əvvəl Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən Səbayel rayonunda, “Qış bulvarı”nın ərazisində yerləşən evlərin sakinlərinin zorla köçürülməsində iştirak edən maklerlər İsfəndiyar İsfəndiyarov, Arzu Məmmədov və Nurəddin adlı biri (familiyası hələlik məlum deyil) həbs edilib.reis-11 Onlar Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə ittiham olunurlar. Səbayel Rayon Məhkəməsi İ.İsfəndiyarovun və A.Məmmədovun barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçib.
Kadr-2-00-00-002Füzuli və Şəmsi Bədəlbəyli küçələri arasında yerləşən evlərin sakinləri yəqin ki, bu üçlüyü yaxşı xatırlayırlar. Hələ o vaxt onlar özlərini “Azİmport” şirkətinin əməkdaşları kimi təqdim edərək şəhərin mərkəzində yarı uçurulmuş evlərdən qocaları, qadın və uşaqları zorla bayıra atırdılar. Sözün hərfi mənasında bayıra atırdılar, bu zaman hüquq-mühafizə orqanlarının yüksək çinlilərinin dəstəyindən istifadə edirdilər. Çünki bu üçlük öz rəislərindən daha çox onlara tabe idi.
2011-ci ildə Bakı ŞİH-nin başçısı Hacıbala Abutalıbov bildirmişdi ki, Füzuli, Topşubaşov, Mirzağa Əliyev, Rəsul Rza, və Şəmsi Bədəlbəyli küçələrindəki evlər söküləcək və yerində “Qış bulvarı” tikiləcək.Kadr-1-00-00-171
İH şəhər sakinlərinə güzəşt olaraq 1 kv.m üçün 1500 manat təklif edib.
Bu məbləğ həmin küçənin sakinləri arasında ciddi narazılıq yaratdı. Sakinlər hesab edirdi ki, bu məbləğ daha artıq olmalıdır.
Buna baxmayaraq ŞİH mülk sahiblərinin rəyi ilə hesablaşmayaraq evləri polisin gücü ilə boşaltmaq qərarına gəldi. Və bu işə ŞİH-nin katibliyinin rəhbəri Zülfəli İsmayılov rəhbərlik etdi. (zerkalo.az)Screenshot_2015-05-17-20-05-1211

Biz virtualaz.org-un yazdığı kimi Füzuli, Topşubaşov, Mirzağa Əliyev, Rəsul Rza, və Şəmsi Bədəlbəyli küçələrindəki evlərin söküntüsündə “Azimport”un maklerlərindən istifadə olunduğunu dəqiqləşdirmək qərarına gəldik.
Nəsimi RİH-nin ümumi şöbəsinin müdiri Nazim Quliyev Qafqaz Xəbər Agentliyinə (qafqaznews.org) bildirdi ki, Füzuli, Topşubaşov, Mirzağa Əliyev, Rəsul Rza, və Şəmsi Bədəlbəyli küçələrindəki evlərin söküntüsündə “Azimport”un maklerlərindən istifadə olunmayıb.
Şöbə müdiri bildirdi ki, sakinlərlə söhbəti Bakı ŞİH özü aparıb: “ Rayon icra hakimiyyəti sadəcə bu işdə köməkçi olub. Ona görə də Bakı ŞİH-ə müraciət edin”.
Bakı ŞİH-nin mətbuat xidmətinin rəhbəri Nailə Məmmədova isə Qafqaz Xəbər Agentliyinə (qafqaznews.org) bildirib ki, Füzuli, Topşubaşov, Mirzağa Əliyev, Rəsul Rza, və Şəmsi Bədəlbəyli küçələrindəki evlərin söküntüsündə “Azimport”un maklerlərindən istifadə olunub-olunmaması mənə məlum deyil: “ Bunun üçün mən sənədlərə baxmalıyam. Hazırda sənədlər məndə yoxdur. Şirkət söküntü işlərində iştirak edə də bilər, etməyə də bilər”.93155_src12-300x199
Füzuli küçəsindəki 58 saylı binanın sakini Nuriyə Xalıqova müxbirimizə bildirib ki, onun evinin söküntüsünə Zülfəli İsmayılov rəhbərlik edib. Nuriyə Xalıqova Qafqaz Xəbər Agentliyinə (qafqaznews.org) bildirib ki: “ Bizim bina 20 noyabr 2011-ci ildə sökülüb. 6 ay sonra 2012-cü ilin mart ayında Zülfəli İsmayılov məni olmayan mənzilimlə bağlı alqı-satqı müqaviləsi bağlamağa məcbur etdi”.
Müxbirimizin “ Siz Bakı ŞİH ilə alqı-satqı müqaviləsi imzaladınızmı?” sualına mənzil sahibi belə cavab verib: “ Xeyir. Alqı-satqı müqaviləsi Kazımov familyalı maklerlə imzalanıb. Həmin Kazımov mənzili Bakı ŞİH-ə satıb”.
22 oktyabr 2012-ci ildə bu yazının müəllifi “Zerkalo” qəzetində “Qış bulvarı”nın yaxınlığında kasıb daxmalarına yer yoxdur” başlıqlı məqalə yazmışdı.
Məqalədə Dilarə Əliyeva adına küçədəki 148 saylı binanın sakini Təranə Kərimova bildirirdi ki: “ Qış bulvarı tikilən ərazidəki binalar söküləndən sonra Zülfəli İsmayılov bizə gələrək bildirdi ki, siz hökmən evlərinizi tərk etməlisiniz”.22241-300x189
“Nə üçün tərk etməlisiniz?” sualına isə mənzil sahibi belə cavab verdi: “ Mən ondan köçməklə bağlı Bakı ŞİH-nin sərəncamını tələb etdim. O heç nə təqdim eləmədi. İsmayılov bildirdi ki, “Qış bulvarı”nın yaxınlığında kasıb daxmaları ola bilməz. Zülfəli İsmayılov Fikrət adlı bir şəxsin telefonunu bizə verdi və dedi ki, siz evinizi Fikrətə satmalısınız. Fikrət isə sonradan evi Bakı ŞİH-ə satmalıdır”.
Biz Zülfəli İsmayılovun fikrini öyrənmək üçün onunla əlaqə saxlamağa cəhd eləsək də nəticə olmadı.

Rəşad Rüstəmov

Qafqaz Xəbər Agentliyi (qafqaznews.org)

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR