İŞİD-in pulları Qərb dövlətləri üçün başağrısına çevrilib

publika.az1404306912isid2Terrorçu İraq Şam İslam Dövlətinə (İŞİD) qarşı birləşmiş Qərb dövlətləri ağır mübarizə aparmaq durumundadırlar.

Qafqaz Xəbər Agentliyinin (qafqaznews.az) xarici mətbuata istinadən verdiyi məlumata görə, Qərb ölkələri qarşısında İŞİD-in maliyyə mənbələrini bağlama kimi çətin tapşırıq durur. İŞİD isə öz növbəsində qondarma “islam dövləti”nin ərazisinə daxil olan bölgələrdə mafiya üsulu ilə hərəkət edir.

Ekspertlərin fikrincə, ayrı-ayrı şəxslərin ianələrinə güvənən Əl-Qaidə terror təşkilatından fərqli olaraq İŞİD-in əlində Suriya və İraqda böyük ərazilər cəmlənib ki, bu da ona hədə-qorxu ilə tələb etmə, insan oğurluğu, eləcə də neft və antik əşyaların qaçaqmalçılığı yolu ilə gəlir əldə etməyə imkan verir.

Nəticə etibarı ilə Qərb dövlətlərinin İŞİDə qarşı sanksiyaları az effektli oldu. Lakin bunu Əl-Qaidə haqqında demək olmaz. Belə ki, bu təşkilata qarşı 160 dövlət tərəfindən tətbiq edilən sanksiya rejimi onun imkanlarını ciddi şəkildə məhdudlaşdırdı. Bundan sonra Əl-Qaidə müxtəlif ianə təşkilatları və banklar vasitəsi ilə pul qazana bilmədi. “İslam dövləti” isə zəbt edilmiş ərazilərdə böyük maliyyə mənbələrinə malikdir.

Analitik Evan Cendrakın fikrincə, İŞİD-in əlində olan maliyyə mənbələrini məhdudlaşdırmaq o qədər də asan olmayacaq. Bu mənbələr sırasına neft yataqlarının istismarı, cinayətkar şəbəkələr və qaçaqmalçılıq daxildir.

Hətta ən mühafizəkar qiymətlərə görə “İslam dövləti” dünyada ən varlı ekstremist təşkilatdır ki, günə milyon dollar qazana bilir. ABŞ-ın rəsmi nümayəndələri etirag edirlər ki, təşkilatın böyük maliyyə qaynaqları var. Bundan başqa İŞİD öz pullarını ən qəddar və amansız vasitələrlə həm qoruyur həm də artırır. Adını açıqlamaq istəməyən ABŞ-ın xarici kəşfiyyatının əməkdaşlarından biri bildirib ki, bu vasitəsilər sırasına müxtəlif qanunsuz hərəkətlər, hədə-qoxu ilə tələb etmə, insan oğurluğu, qarət və buna bənzər digər cinayətlər daxildir.

“Eyni zamanda İŞİD yerli biznesi silkələmək və hədə-qorxu ilə tələb etmə işində də heç kimə rəhm etmir. Təşkilatın üzvləri mütəmadi olaraq yollarda avtomobilləri saxlayıb sürücülərdən vergi yığırlar”,-deyə, kəşfiyyatçı bildirib.Onun sözlərinə görə bu üsüllar mafiyanın üsullarına çox bənzəyir.

Qeyd edilir ki, İŞİD bu müddət ərzində artıq bir sıra Avropa dövlətlərindən onların ələ keçirilmiş müxbirləri əvəzində pul almağa müvəffəq olub. Rəsmi Vaşinqton bundan əvvəl İŞİD-ə hər hansı ödəmələrin olunmaması ilə bağlı Avropa dövlətlərinə müraciət etmişdir. Fransa höküməti İŞİD-ə pul vermədiyini açıqlamışdı.

Öz növbəsində İŞİD pullar içində üzməyi davam edir. Bəzi ekspertlər isə o qənaətdədirlər ki, İŞİD-in pulları haqqında deyilənlər bir qədər şişirdilib.

Qafqaz Xəbər Agentliyi (qafqaznews.org)

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR