Avtoşlar «beşmərtəbə»ni belə dağıdır – VİDEO

Dairəvi yola tərsinə girən avtoşlar digər maşını vurub qaçdılar

1409550547_0001Avtoxuliqanların ən sevimli məkanlarından biri olan «beşmərtəbə» dairəsində daha bir hadisə baş verib. Avtosfer.az-ın verdiyi məlumata görə, bu dəfə 3 «avtoş» «beşmərtəbə»də öz məharətini göstərir. Onlar Daxili İşlər Nazirliyinin qarşısından, yəni Hüsü Hacıyev küçəsindən yüksək sürətlə hərəkət edərək «beşmərtəbə» dairəsinə daxil olurlar. Lakin hər üç maşın dairəni fırlanmadan düzünə hərəkət edib təhlükə yaradırlar. Əvvəlcə iki «07» bir-biri ilə ötüşür və dairəyə daxil olarkən düzünə hərəkət etmək istəyirlər. Bu zaman «07»dən biri idarəetməni itirərək yuxarıdan «beşmərtə» dairəsinə daxil olan «Opel» markalı avtomobili vurur. Bununla kifayətlənməyən «07»nin sürücüsü maşını geriyə hərəkət etdirib hadisə yerindən qaçır. Digər «avtoş» da onun arxasınca hərəkət edir. Az sonra onların arxasınca daha bir «avtoş»un gəldiyi görünür. «Lada Priora» markalı bu avtomobil də özündən əvvəlkilərin hərəkətlərini təkrarlayaraq kobud qayda pozuntusuna yol verməklə aradan çıxır. Hər halda, bu görüntülər Daxili İşlər Nazirliyinin «Təhlükəsiz şəhər» Mərkəzinin kameralarına həkk olunub. Avtosfer.az-ın məlumatına görə, artıq hər üç «avtoş» yol polisi tərəfindən aşkarlanaraq barələrində tədbir görülüb.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR