İsrail İŞİD-lə mübarizədə ABŞ-ın yanında olacaq

загруженноеİsrailin xarici işlər naziri Aviqdor Liberman Yerusəlimin ABŞ hərbi qüvvələrinə terrorçu “İslam dovləti”nə qarşı aparacaqları mübarizədə yardım etməyə hazır olduğunu söz verib.
Qafqaz Xəbər Agentliyinin (qafqaznews.az) xarici mətbuata istinadən verdiyi məlumata görə, İsrailin xarici siyasət idarəsinin rəhbəri bunu ABŞ-lı həmkarı Con Kerri ilə Vaşinqtonda keçirilən görüşündə bildirib.

A.Liberman onu da əlavə edib ki, onun ölkəsi vaxtı ilə HƏMAS simasında terrorun eyni növü ilə mübarizə aparıb.

Həmkarlar arasında görüş, qeyd edildiyi kimi, Vaşinqtonda Con Kerrinin Yaxın Şərq və Avropa ölkələrinə həyata keçirdiyi turnedən bir gün sonra gerçəkləşib. Əlavə etmək lazımdır ki, Kerri bu ölkələrə “İslam dövləti” adlandırılan təşkilata qarşı yaradılan koaslisiyaya dəstək almaq üçün yollanmışdır.

Israilin xarici işlər naziri eyni zamanda İŞİD və HƏMAS arasında parallel apararaq, qeyd etdi ki, onlar bir-birlərindən yalnız metodologiya və terminologiya ilə fərqlənirlər.

Qafqaz Xəbər Agentliyi (qafqaznews.az)

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR