Azərbaycanlı neftçilərlə xarici şirkətin pul davası

97154_res_01Neft sektorunda fəaliyyət göstərən daha bir xarici şirkət məhkəməyə verilib. “Caspian Employmen Provider” MMC-nin əməkdaşları şirkətə qarşı məhkəmə iddiası qaldırıb.

Bu barədə virtualaz.org saytına Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının hüquqşünası Azər Quliyev məlumat verib.

Vəkilin sözlərinə görə, təmsil etdiyi təşkilata şirkətin 10 yerli əməkdaşı tərəfindən müraciət daxil olub: “Şirkətin 3 əməkdaşı Suraxanı Rayon Məhkəməsinə müraciət edib. Onlar işə bərpa edilmələrini, maddi və mənəvi təzminat, əmək müqavilələri ləğv edilən gündən qərar çıxarılan günədək hər ay üçün 1000 manat məbləğində məcburi işburaxmaya görə aylıq əməkhaqqının ödənilməsini tələb edirlər. Bundan başqa, əmək münasibətlərində olduqları hər ay üçün ümumi aylıq əməkhaqqının 3 faizi məbləğində sosial sığorta haqqının, hər ay üçün ümumi aylıq əməkhaqqının 25 faizi məbləğində sosial sığorta haqqının cavabdehdən dövlət hesabına tutulması istənilib”.

A.Quliyev şirkətlə bağlı digər müraciətlərə də baxıldığını bildirdi.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR