Qafqaz Xəbər Agentliyinin təsisçisi və baş direktoru Mahmud Rasimoğlu təkzib tələb edir

qafqaz xeberTəsisçisi və baş direktoru olduğum Qafqaz Xəbər Agentliyi (qafqaznews.az ) ilə bağlı 2 may 2014-cü il tarixdə “Gündəm xəbər” (gundemxeber.az) qəzetinin saytında “Reket komissiyası qafqaznews.az saytının fəaliyyətini araşdırır” başlıqlı məqalə dərc olunub. Məqalənin məzmunu ilə başlığı bir-birinə tam ziddir. Həmin məqalə Mətbuat Şurasının şikayətlər üzrə komissiyasının 1 may tarixli iclasından bəhs edir. Məqalə müəllifi saytımızın fəaliyyətinin guya Reket komissiyası tərəfindən araşdırıldığını iddia eləsə də, əslində fəaliyyətimiz dövründə belə bir fakt olmayıb. Bunu Mətbuat Şurasının rəhbərliyi də rəsmi təsdiq edir. Ona görə də hesab edirəm ki, “Gündəm xəbər” (gundemxeber.az)-də dərc olunan bu yazı rəhbəri olduğum agentliyin işgüzar imicinə böyük ziyan vurub. Ona görə də tələb edirəm ki, “Gündəm xəbər” (gundemxeber.az) qəzetinin təsisçisi və rəhbərliyi məqalə ilə bağlı təkzib versin və həmin yalan informasiya saytdan çıxarılsın. Əks təqdirdə pozulmuş hüquqlarımızın bərpası ilə bağlı məhkəməyə müraciət edəcəyik.

Qafqaz Xəbər Agentliyi (qafqaznews.az)

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR