
SalamNews-un İran mətbuatına istinadla verdiyi xəbərə görə, Aİ Parlamentinin deputatı Marietta Şakenin ilk görüşü İranın Parlament sədri Əli Laricani ilə olub.
O, bu görüşdə İran qayda-qanunlarına zidd şəkildə geyinsə də, növbəti – xarici işlər naziri Məhəmməd Cavad Zəriflə görüşündə geyimini dəyişib.
İranın bəzi Parlament nümayəndələri avropalı xanımın bu geyimini tənqid etsələr də, bəziləri onun bilərəkdən bu cür geyinmədiyini bildiriblər.
İranda səfərdə olan Aİ Parlamentinin nümayəndə heyəti ilə jurnalistlərin mətbuat konfransının ləğv edilməyi xarici qonaqların qınağına səbəb olub.