İranın sabiq vitse-prezidenti həbs edildi

1057437978O Əhmədinejadın hakimiyyəti dövründə prezident administrasiyasının rəhbəri olub.

İranın sabiq vitse-prezidenti Həmid Bakayi həbs edilib.

Oxu.Az-ın RİA Novosti-yə istinadən məlumatına görə, Mahmud Əhmədinejadın hakimiyyəti dövründə prezident administrasiyasının rəhbəri olan Bakayi bu gün saxlanılıb.

Həbsin səbəbləri barədə məlumat verilmir.

Bu Əhmədinejad hökumətinin yüksək rütbəli məmurları arasında ilk həbs deyil. Yanvar ayında İranın digər sabiq vitse-prezidenti Məhəmməd Rza Rəhimi beş il müddətinə azadlıqdan məhrum edilmişdi.

Xatırladaq ki bundan əvvəl, ona qarşı iri məbləğdə maliyyə cəriməsi tətbiq edilib. Hökmün təfərrüatları və cinayətin maddələri barədə isə ictimaiyyətə heç bir açıqlama verilməyib. Siyasi rəqibləri sərt xarici siyasət xətti ilə seçilən sabiq prezident Mahmud Əhmədinejadın başçılıq etdiyi hökuməti irimiqyaslı korrupsiyada dəfələrlə ittiham edib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR