Bulvarda dəhşətli cinayət: Oğlanın boğazını kəsdilər

bulvar2Polis hərəkətə keçdi

Bakıda bıçaqlanma hadisəsi baş verib.

Qafqaznews.az Lent.az-a istinadən xəbər verir ki, Suraxanı rayon Qaraçuxur qəsəbə sakini, 1996-cı il təvəllüdlü Əliyev Çingiz Əyyub oğlu ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə gətirilib.

Onun boğazında daxilə nüfuz edən ağır kəsilmiş-deşilmiş xəsarət aşkarlanıb və yaralı reanimasiyaya yerləşdirilib. Ç.Əliyevi dindirmək hələlik mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, daha əvvəl hadisənin harada baş verdiyi dəqiq bilinməsə də, sonradan 18 yaşlı oğlanın Dənizkənarı Milli Park ərazisində, Saat qülləsinin yaxınlığında bıçaqlandığı məlum olub. Hazırda hadisəni törətmiş şəxsin məsuliyyətə cəlb edilməsi və olayın səbəblərini müəyyən etmək istiqamətində iş aparılır.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR