Daha beş TV kanalı yayımlanacaq.
Azərbaycanın milli peyk operatoru “Azərkosmos” ölkənin ilk telekommunikasiya peyki “Azerspace-1” üzərindən yeni türk kanallarının yayımına başlayıb.
QafqaznewAPA-Economics–ə istinadən xəbər verir ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən verilən məlumata görə, hazırda “Azerspace-1” üzərindən 11046-H (EU) tezliyində Türkiyənin “Kanal D”, “Star TV”, “TV 8”, “ATV”, “Show TV” kanalları yayımlanır.
Qeyd edək ki, hazırda “Azerspace-1” üzərindən yerli “Azərkosmos” və “Teleradio” yayım paketləri ilə yanaşı, “İveriaSat”, “UKRKOSMOS”, “Əfqan”, “USA” yayım paketləri vasitəsi ilə 126 kanal yayımlanır.