“Göyərçin saxlamaqla yaxşı qazanc əldə etmək mümkündür”

25493Ağstafanın Dağ Kəsəmən kəndində yaşayan Şaiq Bayramov 40 ildir göyərçin saxlayır

Ağstafanın Dağ Kəsəmən kəndində yaşayan Şaiq Bayramov 40 ildən artıqdır ki, müxtəlif cinsli göyərçinlər saxlayır. O, Tovuzdan aldığı bir cüt göyərçini artıraraq sayını 100-ə çatdırıb. Atasının bu nəcib işini hazırda övladı Rövşən Bayramov davam etdirir.

Rövşən Bayramov AZƏRTAC-a bildirib ki, göyərçin saxlamaqla yaxşı qazanc əldə etmək mümkündür. Belə ki, onun həyətdə bəslədiyi uzun qılça, pipikli, kəkilli quşların qiyməti 100-150 manat arasında dəyişir. Göyərçinlərin bu cür bahalı olması isə onların havada daha çox uçması və cazibədar görünüşü ilə əlaqədardır.

Şaiq kişi insanların bəzən bu quşlara düzgün qulluq edə bilməmələrinə təəssüflənir: “Hətta elə hallar olur ki, quşlar satıldıqdan sonra qayğı görmədikdə yenidən Ağstafanın Dağ Kəsəmən kəndinə qayıdır.”

Onun sözlərinə görə, göyərçinlərin ən böyük düşməni isə qırğılar hesab olunur. Adi diqqətsizlik təbiətin bu gözəl canlılarının məhvinə səbəb ola bilər.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR