Bu kişinin qanı 2 milyon insanı xilas edib

ceyms_harrisonAvstraliyada 60 yaşlı Ceyms Harrison indiyədək 377 litr qan verməklə bütün dünyada iki milyon hamilə qadını xılas edib.

Trend xarici mətbuata istinadən bildirir ki, C.Harrison 13 yaşında olarkən çətin cərrahiyyə əməliyyatı keçirib. Həmin vaxt o, çoxlu qan itirməsinə görə ölməli idi. Amma vaxtında edilmiş qan köçürməsi onun həyatını xilas edib. Əməliyyatın gedişatı zamanı ona 13 litr donor qanı köçürüblər ki, bu da onun həyata qayıtmasına səbəb olub.

C.Harrison 18 yaşı olan kimi Qırmızı Xaç Komitəsinin qanvermə məntəqəsinə gəlir. Orada məlum olur ki, C.Harrisonun qanı unikaldır. Çünki onun plazmasında xüsusi anticisimlər var ki, onun vasitəsilə hamilə qadınlarda yaranan rezus-konfliktin qarşısını almaq olar.

C.Harrison həmin vaxtdan indiyə kimi hər üç həftədən bir 400 millilitr qan verir.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR