Rəfsəncaninin oğlu azadlıqdan məhrum edildi

court_171012_2İranın sabiq prezidenti Əkbər Haşemi Rəfsəncaninin oğlu Mehdi Haşemi bu gün 10 il müddətinə azadlıqdan məhrum edilib.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata əsasən, M.Haşemi iqtisadi fəaliyyət sahəsində cinayətlərdə, eləcə də korrupsiyada, dövlət vəsaitlərinin mənimsənilməsində, fırıldaqçılıqda və dövlət təhlükəsizliyinin pozulmasında təqsirli bilinib.

Hüquq-mühafizə orqanları onu 2012-ci ildə həbs etdikdən sonra azadlığa buraxılmışdı. Bununla belə, M.Haşemi barəsində araşdırma dayandırılmamışdı.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR