11 il sinifdə tək oxudu

39758FaktXəbər-in verdiyi məlumata görə, Rusiyanın Sverdlov vilayətinin Atımya qəsəbəsində maraqlı olduğu qədər, qeyri-adi bir hadisə baş verib: Cari ildə qəsəbənin yalnız bir məzunu olub – 17 yaşlı  Mariya Anisimkova.
O, ümumiyyətlə birinci sinifdən bəri tək oxumaq məcburiyyətində qalmışdı, çünki 17 il əvvəl qəsəbədə dünyaya gələn yeganə uşaq o olub.
«Həmyaşıdlarım olmadığı üçün birinci sinfə tək getmişəm», – deyə Maşa danışır. – «Artıq öyrənmişəm. Bəzi müəllimlər, əlbəttə güzəştə gedirdilər, lakin hər bir halda  bütün dərslərə cavab verməli olurdum, çünki arxasında gizlənəcək adam yox idi. Yoxlamaları da elə yazırdım. Tapşırıq lövhədə verilirdi, mən isə partanın arxasında təkcə oturaraq, cavabını yazırdım. Köçürtməyə adam yox idi».
Vahid Dövlət İmtahanını da  bir neçə müşahidəçinin kəskin nəzərləri altında verməyə məcbur olub. Maşaya görə məktəbdə metalaxtaran və videokameralar quraşdırılıb.
«Öndə kamera, arxada kamera… Bu vəziyyətidə imtahanları yazdım», – deyə Maşa gülərək danışır.
Qız Krasnoturyinsk Sənaye Kollecinə menecerlik ixtisasına verməyi planlaşdırır.
Maşanın buraxılış gecəsi də olmadı. Sadəcə Son Zənglə kifayətlənib.
«Mərkəzdə tək durmuşdum, məni təbrik edirdilər. Əvvəlcə özümü narahat hiss edirdim, sonra öyrəşdim», – deyə Maşa danışır.
Qız vəziyyətə yumorla yanaşır. O, məktəbin divarları arasında çoxlu rəfiqələrinin olduğunu bildirərək, tək təhsil almağın heç bir problem olmadığını deyib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR