Polis mayoru Xaliq Novruzov həbs olundu

imagesDİN-dəki general qohumu onun azad olunmasına çalışır [/b]

Ötən ilin ortalarında  Qafqaznewz.az  saytı  Zaqatala RPŞ-nin  xidmət  üzrə baş inspektoru, polis mayoru Xaliq Novruzovun daxili işlər orqanlarından qovulması ilə bağlı məlumat  vermişdi.

Xatırlatma  üçün bildirək ki, Xaliq Novruzov sonuncu vəzifəsindən əvvəl Balakən RPŞ-nin narkotiklərlə mübarizə üzrə işçi qrupunun baş əməliyyət müvəkkili vəzifəsində xidmət edib. Xaliq Novruzov adi polis mayoru olmasına  baxmayaraq  200 min manatlıq Porsche Cayenne-də, ailə üzvləri isə 100 min manatlıq ən bahalı Nissan İnfiniti markalı avtomobildə  gəzirmişlər.

Xaliq Novruzovun daxili işlər orqanlarından xaric olunmağına səbəb onun “goreşən”liyi olub. Belə ki, polis mayoru  gecə vaxtı Zaqatala rayonu  ərazisində sərvət axtarmaq məqsədilə  qədim qəbiri  qazarkən MTN-nin Zaqatala rayon şöbəsinin əməkdaşları hadisə yerinə gəliblər. Və nəticədə  Xaliq Novruzov daxili işlər orqanlarından qovulub. Ancaq  cinayət başında yaxalanan polis mayoru cinayət məsuliyyətinə cəlb edilərək həbs olunmayıb. Qafqaznews.az  saytı  hələ o vaxt bildirmişdi ki, Xaliq Novruzovun cinayət məsuliyyətinə cəlb olunmamasının səbəbi onun DİN-də xidmət edən generalla yaxın qohum və  Zaqatala rayonunun keçmiş prokuroru İlham Həsənəlizadə ilə dost  olması ilə bağlı olub.

Bu gün redaksiyamıza  keçmiş  “goreşən”  polis mayoru ilə bağlı maraqlı məlumat daxil olub. Ötən ilin dekabr ayının 20-də Xaliq Novruzov həbs olunub. Amma səbəb onun “goreşən”liyi olmayıb.

Məlum olduğu kimi ötən ilin noyabr ayının 24-də  Zaqatalada 3 adamın ölümü ilə nəticələnən ağır cinayət  hadisəsi  baş vermişdi.

Cinayətin xüsusilə ağır olduğunu və geniş ictimai rezonans doğurduğunu nəzərə alan DİN-in və Baş Prokurorluğun rəhbərliyinin göstərişi ilə peşəkar əməkdaşlardan ibarət əməliyyat-istintaq qrupu yaradılaraq  əməliyyat-axtarış tədbirləri görülüb.

Və nəticədə  Samir Osmanov, Bəhruz, Eldəniz və Vüqar Layıcov qardaşları və digərləri saxlanılıblar. Qardaşların evinə baxış keçirəkən Almaniya istehsalı olan 1 ədəd avtomat silah, 5 əl qumbarası, 4 ədəd radiostansiya, 1 fişəngatan tapança, 18 ədəd fişəng, 823 ədəd müxtəlif çaplı patron, 1 səs qumbarası, uzaqdan idarə edilən partlayıcı qurğunun detektoru,  maska, qandal, xeyli sayda digər hərbi sursat,  8 kiloqrama yaxın narkotik vasitə aşkar edilib.

Qafqaznews.az-a daxil olan  məlumata görə  qardaşlardan biri Vüqar  Layıcov  istintaqa verdiyi  ifadədə  bildirib ki, bizim silahlı dəstə Xaliq Novruzovun natkotik  plantasiyalarını qorumaqla  məşğul idi.

Beləliklə istintaqı aparan Baş prokurorluğun sanksiyası əsasında keçmiş polis mayoru həbs olunub. Ancaq Xaliq Novruzovun DİN-dəki  general  qohumu bu dəfə də onu həbsdən azad eləməyə çalışır.

Bizi izləyin.

 Sənan Məmmədli

Qafqaznews.az

 

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR