Elektriklə işləyən ilk təyyarə (FOTO)

93478Airbus indi dünyanın tamamilə elektriklə işləyən ilk təyyarəsini istehsal etdi

Sərnişin təyyarəsi kimi tanıdığımız Airbus indi dünyanın tamamilə elektriklə işləyən ilk təyyarəsini istehsal etdi.

ANS PRESS-in məlumatına görə, ilk nümunəsini Paris Hava Sərgisində iştirakçılara nümayiş etdirən Airbus modelə E- Fan 2.0 Aircarft adını verib. Sadəcə 2 nəfərlik olaraq hazırlanan və 9.45 metrlik qanad uzunluğuna malik olan modei fərqləndirən cəhət tamamilə elektriklə işləməsidir.

Boş ağırlığı 499 kiloqramdır. Havada təqribən 1 saat qala bilər. Elektriklə işləməsinə görə tamamilə səssiz uçur. Təyyarə saatda 220 kilometr məsafə qət edir.

Airbusun hədəfi 2050–ci ilə qədər 100 nəfərlik elektrikli təyyarəni satışa buraxmaqdır. 4 nəfərlik E- Fan 4.0 – ın 2019 – cu ildə hazır olması planlaşdırılır.7697209f81d7

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR