“Titanik”in bəstəkarı aviaqəzada həlak oldu

1081869705“Biz qeyri-adi bir insanı itirdik”.

İki dəfə “Oskar” alan, “Titanik” və “Cəsur ürək” filmlərinin musiqisinin müəllifi 61 yaşlı amerikalı bəstəkar Ceyms Horner aviaqəzada həlak olub, The Hollywood Reporter bildirib.

“Qafqaznews.” İnterfaks-a istinadən xəbər verir ki, onların məlumatına əsasən yüngülmotorlu təyyarəni musiqiçi özü idarə edirmiş, o, Santa-Barbaradan 100 km şimalda qəzaya uğrayıb. Bəstəkarın ölümünü onun yardımçısı Silviya Patrisia təsdiqləyib.

“Biz böyük ürəyə və əsrarəngiz istedada malik qeyri-adi bir insanı itirdik, – o, Facebook səhifəsində yazıb. – O, sevdiyi işlə məşğul olduğu an dünyasını dəyişdi. Hamınıza dəstək və sevginizə görə təşəkkür edirəm”.

Hornerin “Titanik” filminə yazdığı musiqisinin yazısı bütün dünyada 27 milyon nüsxədə satılmışdı.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR