Təyyarələr havada toqquşdu

20797Kanadada iki təyyarə havada toqquşub.
Havada toqquşan təyyarələrdən biri heç zədə almadan eniş edib, lakin digəri eniş edərkən bataqlığa düşüb və 2 adam həlak olub.
Alberta əyalətinin Fort MakMurray şəhərində toqquşan təyyarələrdən birinin Cessna 172 tipli olduğu, digərinin modelinin isə hələ bilinmədiyi açıqlanıb.
Təyyarələrin toqquşma səbəbi haqqında isə heç bir məlumat verilməyib.
Kanada Nəqliyyat Təhlükəsizliyi Heyəti hadisə ilə bağlı istintaq işi başladıb.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR