Bakıda “Mercedes” otelə çırpıldı (VİDEO)

72891Qəza nəticəsində daha 3 avtomobil əzilib

Bakıda sürücünün kobud qayda pozuntusuna yol verməsi, ən başlıcası da, sürət həddini aşması ağır qəzaya səbəb olub.

ANS PRESS-in məlumatına görə, “avtosfer.az” saytında yayılan və Bakının Səbail rayonu ərazisində – Neftçilər prospekti ilə Rəşid Behbudov küçəsinin kəsişməsində çəkilən kadrlarda Neftçilər prospektində yüksək sürətlə hərəkət edən “Mercedes” markalı minik avtomobili Rəşid Behbudov küçəsinə dönərkən sükanı yığışdıra bilməyib və qəza törədib.

Qəza nəticəsində daha 3 avtomobil əzilib. Qəzanı törədən “Mercedes” isə səkiyə çıxaraq “Park İNN” otelinin divarına çırpılıb.

DİN-in “Təhlükəsiz şəhər” kameraları vasitəsilə qeydə alınan həmin qəzanın videosunu təqdim edirik:

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR