“Texnikabank”ın sabiq sədri Etibar Əliyevin oğlundan əcaib status-FOTO

1403003182_Screenshot_2014-06-16-13-24-04Kəramət Əliyevin “qara məni basınca..” mesajı

Ağır Cinayətlər Məhkəməsində “Texnikabank”ın Müşahidə Şurasının sabiq sədri Etibar Əliyevə qarşı “xüsusi diqqət və qayğı” göstərilərək səhhəti ilə bağlı həbsxanadan azad olundu. Bu azmış kimi onun cinayət işi digərlərindən ayrılaraq “sağalandan sonraya” saxlanıldı. Allah hər xəstəyə şəfa versin, Allah hamının qapısını açsın. Amma…
Bəlkə də dünya məhkəmə tarixində belə “humanist addım” olmayıb. Çünki qurumun başında duran şəxs azad edilir, amma onun tabeçiliyində olan şəxslər uzun müddətli cəzaya məhkum olunur. Bəs, rəhbərin məsuliyyəti harada qaldı?
Axı, bu adi iş deyil, ağır cinayətdir. Yəni söhbət dələduzluqluqdan, vəzifə səlahiyyətlərindən sui-istifadədən, vəzifə saxtakarlığından, rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırmaqdan və
sairədən gedir.
Nə isə, bütün bunları bir kənara qoyaq və müstəqil məhkəmələrimizin öhdəsinə buraxaq…
İnşallah Etibar Əliyev sağalandan sonra ədalət məhkəməsi “tərəzi”sini sazlayıb işə baxar…Yəqin onda Etibar Əliyevin “müxalifət qanadı” ilə işbirliyinə də aydınlıq gələr…Məlum olar ki, bankirlə tanınmış müxalifət liderinin hansı ortaq layihəsi olub…
Düzdür, bankirə qarşı bəzi dairələr “humanist jest” elədi. Amma bu o demək deyil ki, bu jestin əvəzində sən ağzının açarını itir. Çünki bu tipli məsələlərdə bir “susmaq limiti” olur. Gərək bu “limiti” pozmayasan…
Etibar Əliyev həbsdə olan zaman onun yarımçıq “proje”lərini davam etdirən onun oğlu Kəramət Əliyev olub. Kəramət Əliyev 1403003206_Screenshot_2014-06-16-12-20-25atasının həbsindən sonra Babək prospektində yerləşən “Babək Plaza” ya rəhbərlik edir. “Babək Plaza” ilə bağlı mətbuatda bir neçə dəfə iş adamlarının şikayətləri dərc olunub. Şikayətlərdən məlum olur ki, “Babək Plaza”da icarəyə yer götürən iş adamları tərəfindən çox narazıdırlar, haqsızlıqla barışmaq istəmirlər.
Görünür atasına göstərilən humanistliyi oğul Kəramət düzgün başa düşməyib. Və sosial şəbəkələrdə “taxta atını minib” at oynadır.
Bu günlərim əldə etdiyimiz məlumata görə Kəramət Əliyev bir neçə gün öncə mobil telefon nömrəsinin Watsapında qəribə bir status yazıb. Statusda deyilir ki, “Çakkallar qorxun artıq Biz ayaga qalxdıq…”

Görəsən, Kəramət Əliyev kimlərə xəbərdarlıq edir, kimlərə ultimatum göndərir..? Bu nə hədə-qorxudur?
Bəlkə oğlu Kəramət atası Etibarın rəqiblərinə revanş mesajı göndərir..?
Kəraməti yaxşı tanıyanlar onda ultimatum göndərmək, revanş almaq kəraməti olmadığını söyləyir…
Və deyirlər ki, onun bu mesajı qorxudan titrəyən adamın “qara basmasına” oxşayır. Lətifəsi Kəramətdən uzaq olsun. Bir lətifədə soruşurlar ki, niyə hay-küy salırsan. Cavab gəlir ki, qorxumdan…
Həə, atalar demişkən, qara məni basınca mən qaranı basım…
Qafqaz Xəbər Agentliyi (qafqaznews.az)

1403003258_Screenshot_2014-06-16-13-23-48

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR