Yeni Suraxanı sakinlərinin qazla təminatında problemlər yaşanır

1435126349_qazSuraxanı Qaz İdarəsi bu məsələyə laqeyd münasibət sərgiləyir
Paytaxtın bir neçə rayonunda vəziyyət kritik həddə çatıb. Sakinlərin kommunal problemlərdən şikayətləri bitmir. Suraxanı rayonu ərazisində kommunal problemlər çözülmür ki, çözülmür. Vətəndaşlar kimə və hara müraciət edəcəklərini bilmirlər. Bizə verilən məlumata görə, yay aylarında sakinlərin qaz və su problemi özünü göstərməyə başlayır. Vətəndaşların suyla təminatında fasilələr müşahidə olunur. Saatlarla su verilmir.
Gələndə də suyun təzyiqi aşağı olur. Bundan başqa yay aylarında vətəndaşları ən çox narahat edən digər məsələ qazın aşağı təzyiqdə verilməsidir.Sakinlərin verdiyi məlumata görə, gündüz saatlarında qazın təzyiqi həddən artıq azalır. Qazın təzyiqinin azaldılması vətəndaşlar üçün əlverişli deyil. Bəzi yaşayış evlərində “şam işığı” qədər qazın verilməsi yemək hazırlamaq üçün belə əlverişli deyil. əhaliyə verilən təbii qazın təzyiqinin zəifləməsi sakinləri çətin vəziyyətdə qoyub. Çıxılmaz vəziyyətdə qalan sakinlər yemək hazırlamaq üçün balon qazından istifadə etmək məcburiyyətində qalıblar. Artıq bu vəziyyət havalar isinməyə başladığı gündən yaşanmaqdadır. Təbii qazın təzyiqinin xeyli aşağı düşməsi müşahidə olunur.
Sakinlər yaranmış problemlə bağlı müxtəlif instansiyalara müraciət etsələr də, bu problem aylardır həll olunmamış qalır.
Bu durum vətəndaşları artıq narahat etməyə başlayıb. Sakinlər dəfələrlə Suraxanı rayon Qaz idarəsinə müraciət etsələr də heç bir nəticə əldə edə bilməyiblər.
Yay ayı olduğu üçün qazın təzyiqinin azalması normal hesab olunur. Lakin şam kimi yanması qəbuledilməzdir. Vətəndaşlar daha çox narahat edən məsələ odur ki, kart sisteminə keçdikləri halda normal qazdan istifadə edə bilmirlər: “Kart sisteminə keçməmişdən öncə qaz pulu ödəyirdik. Amma qazın təminiylə bağlı bu qədər problem yaşamırdıq. Lakin hazırda kart sistminə keçmişik, lazımi qədər karta pul yatırmışıq. Amma normal qazla təmin oluna bilmirik. Bu da bizim ən böyük problmlərimizdən biridir. Dəfələrlə qaz idarəsinə zəng vururuq. Çox zaman dəstəyi qaldıran olmur. Qaldıranda da müxtəlif bəhanələrlə vətəndaşları yola verirlər”.
Sakinlərin çoxu bildirir ki, smart kart tipli sayğaclar tez-tez koda düşür və fəaliyyətini dayandırır. Vətəndaşlar kodu açdırmaq üçün qaz idarəsinə zəng vurduqda isə idarənin əməkdaşları vaxtlı-vaxtında gəlib kodu açmırlar. Müəyyən vaxt təyin edirlər. Lakin dedikləri vaxtda ünvana gəlmirlər. Bu isə vətəndaşların haqlı narazılığına səbəb olur. Hələ üstəlik verilən şirinliyin azlığına görə narazılıqlarını ifadə edirlər. Əslində qaz idarəsinin əməkdaşları koda düşmüş sayğacları müqabilsiz düzəltməlidirlər. Lakin qaz idarəsinin əməkdaşları vətəndaşlardan nəsə almasalar getmirlər.
Xatırladaq ki, fərdi yaşayış evlərinin normal qazla təmin edilməsi barədə ölkə başçısı müvafiq göstərişlər verib.
“Qaz təchizatı” Haqqında Qanuna görə, təchizatla məşğul olan orqanın əsas borcu təbii qazı təhlükəsiz qaydada istehlakçıya ötürmək, istismar vaxtı təhlükəsizlik qaydalarına ciddi nəzarət etməkdir.
Ümid edirik ki, müvafiq qurumlar bununla bağlı ölçü götürəcəklər. gundelik-baku.com

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR