“Facebook” Afrikada ofis açdı

100587“Facebook” şirkəti Afrikada ilk ofisini açıb. Ofis CAR-ın Yohannesburq şəhərində yerləşir

Şirkətin Afrika bölməsinə Nunu Ntşinqila rəhbərlik edəcək və orada 25 nəfər çalışacaq.

“Qafqazinfo” ıctnews.az-a istinadən bildirir ki, şirkət əsasən Keniya, Nigeriya və CAR-da iş görəcək. Ofis, həmçinin Seneqal, Kot-d’İvuar, Qana, Tanzaniya, Uqanda, Zambiya, Mozambik və Efiopiyada istifadəçi və elan verənlərlə işləyəcək. Mobil reklam sahəsində elan verənlərlə “Facebook”un münasibətlərinin möhkəmləndirilməsi başlıca istiqamət olacaq. Bu, Afrika ölkələri üçün ən uyğun formatdır, orada “Facebook” istifadəçilərinin 80 faizi sosial şəbəkəyə mobil qurğulardan daxil olur.
2015-ci ildə Afrika ölkələrindən “Facebook” istifadəçilərinin sayı 120 milyon təşkil edib. 2014-cü ilin sentyabrında bu göstərici 20 milyon olub.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR