Səudiyyə şahzadəsi $32 milyard sərvətini “xeyriyyə məqsədilə ianə edəcək”

150702074811_prince_alwaleed_bin_talal_624x351_afpSəudiyyə Ərəbistanı şahzadəsi Əlvəlid bin Talal bildirib ki, o, bütün 32 milyard dollarlıq sərvətini xeyriyyə məqsədi üçün ianə edəcək.

Kral Salmanın 60 yaşlı qohumu dünyanın ən varlı adamlarından biridir.

O bildirib ki, 1997-ci ildə Bill və Melinda Gates tərəfindən əsası qoyulmuş Gates Fondundan ilham alıb.

Onun bildirdiyinə görə, puldan həm də “mədəni anlaşmanı himayə etmək”, “qadınlara səlahiyyət vermək” və “fəlakətin olduğu yerlərə yardım” məqsədilə istifadə ediləcək.

Cənab Gates bu qərarı alqışlayıb və onu “dünyada xeyriyyəçiliklə məşğul olan insanlar üçün ilhamverici” adlandırıb.

Şahzadə Əlvəlid, Forbes jurnalının dünyanın ən zəngin insanları siyahısında 34-cüdür.

Pul, şahzadənin xeyriyyə təşkilatına köçürüləcək. Onun bildirdiyinə görə artıq 3.5 milyard dollar ianə edilib.

Heç bir rəsmi vəzifəsi olmayan şahzadə “Kingdom Holding Company” şirkətinin rəhbəridir.

Şahzadənin bu bəyanatı müsəlmanların müqəddəs Ramazan ayında gəlib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR