İstirahət gününə olan hava proqnozu açıqlanıb.
Bakıda və Abşeron yarımadasında sentyabrın 21-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən lent.az-a verilən məlumata görə, mülayim şimal küləyi əsəcək. Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 18-20, gündüz 20-25 dərəcə isti olacaq. Rayonlara gəlincə, bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı proqnozlaşdırılır. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 17-22, gündüz 23-28, dağlarda gecə 5-10, gündüz 11-16 dərəcə isti təşkil edəcək.