Fələstin və Yaponiya dövləti Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir

10709698_707042199386371_178186443_o

BMAM sədri Rufiz Qonaqov Fələastinin Azərbaycandakı səfiri Nasser A. Kareem və  yaponiyalı diplomat Qinqa Kobayaşi ilə görüşüb

Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzində Fələstin dövlətinin Azərbaycandakı səfiri Nasser A. Kareem  ilə görüş keçirilib. 22 sentyabr tarixində keçirilən görüşdə BMAM sədri Rufiz Qonaqov Fələstinin Azərbaycana dost və qardaş ölkə olduğunu vurğulayaraq Azərbaycanda vətəndaş cəmiyyətinin gündən-günə inkişaf etdiyindən, dövlətin vətəndaş cəmiyyətinə və beynəlxalq QHT-lərə verdiyi dəstəkdən danışıb. Rufiz Qonaqov bildirmişdir ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamları ilə yaranmış Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurası və Prezident Yanında Gənclər Fondu tərəfindən hər il yüzlərlə QHT maliyyə dəstəyi alır. Məhz dövlətin bu dəstəyi sayəsində QHT-lər öz mövcudluqlarını qorumaqla fəaliyyətlərini daha da genişləndirirlər. Eyni zamanda Rufiz Qonaqov bildirib ki, Azərbaycan xalqı Fələstində gedən prosesləri diqqətlə izləyir və bu bölgədəki insan tələfatlarından narahatlıq ifadə edir.

Fələstin səfiri Nasser A Kareem görüş üçün BMAM sədri Rufiz Qonaqova təşəkkür edərək belə əməkdaşlığın ölkələrə fayda verə biləcəyini vurğulayıb. Səfir Nasser A Kareem eyni zamanda bildirib ki, Azərbaycan beynəlxalq tədbirlərdə və təşkilatlarda Fələstin xalqını müdafiə edib. Azərbaycan və Fələstin arasında Xarici İşlər Nazirlikləri səviyyəsində birgə memorandum imzalanıb. Yaxın zamanda isə daha iki memorandumun imzalanması nəzərdə tutulur. Səfir Nasser A Kareem onu da əlavə edib ki, Fələstin hər zaman dost və qardaş ölkə olaraq Azərbaycanın ərazi bütövlüyünü  dəstəkləyir. Bunun əyani təzahürüdür ki, Fələstin dövlətinin rəhbəri Mahmud Abbas Azərbaycana səfər edib.

Eyni zamanda BMAM sədri yaponiyalı diplomat, səfirliyin I katibi Qinqa Kobayaşi ilə görüşmüşdür. Görüşdə Yaponiya və Azərbaycan vətəndaş cəmiyyətləri arasında əməkdaşlığın daha da gücləndirilməsi istiqamətində müzakirə aparılıb. BMAM sədri Rufiz Qonaqov Yaponiya Səfirliyinin Azərbaycanda humanitar və sosial sahədə xeyli layihələri maliyyələşdirdiyi üçün Mərkəz adından öz təşəkkürünü bildirib. Vurğulanıb ki, Yaponiya və Azərbaycan əlaqələri daim inkişaf edir və Yaponiya bir çox sahələrdə Azərbaycanın yanındadır. Diplomat Qinqa Kobayaşi Azərbaycanla Yaponiya arasındakı əməkdaşlıqdan danışaraq, BMAM-ın da gələcəkdə vətəndaş cəmiyyəti istiqamətində görüləcək işlərdə fayda verə biləcəyini qeyd edib.

Qafqaz Xəbər Agentliyi (qafqaznews.az)

10484883_707041506053107_377176617_o10585606_688573707899887_1765689246_n10707831_707041449386446_292750929_o10712173_707041322719792_1746586541_o10712189_707041629386428_1463656164_o

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR