Lavrov Qarabağ münaqişəsinin həllindən danışdı

lavrov“Əsaslar var ki, səylərimizi intensivləşdirməyin vaxtı çatıb”.

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqların intensivləşdirilməsinin vaxtı çatıb.

 “Qafqaznews” Trend-ə istinadən verdiyi məlumata görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşündə deyib.

O, qeyd edib: “Əsaslar var ki, səylərimizi intensivləşdirməyin vaxtı çatıb. Ümumi ab-hava və nəticəyə istiqamətlənməni nəzərə alaraq, biz bu tərəqqini təmin edə bilərik”.

Öz növbəsində, E.Məmmədyarov bildirib: “İranın nüvə proqramının nizamlanması üzrə uzunmüddətli danışıqların başa çatması ümid verir ki, Dağlıq Qarabağ münaqişəsini də həll etmək olar”.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR