Özləri nəziri yığır, özləri də xərcləyir

173C4A40-6318-44ED-A7C8-8A8F04EED454_mw1024_s_nMüsəlman fitrə zəkatını verirsə, bunun boş yerə etdiyini fikirləşməməlidir. Verdiyimiz sədəqələr və fitrə zəkatı “Allahın bankı”na qoyulmuş pula bənzəyir ki, onun faizi həm yüksək, həm də halaldır. Bu fikirləri ilahiyyatçı Rza Əzizoğlu Fitr bayramından, bu bayramda verilən fitrə zəkatının fəlsəfəsindən danışarkən bildirib. O deyib: “Allah insanın bir yaxşı əməlinə onqat artıq cavab verir. Verdiyimiz sədəqələr də belədir. Fitrə zəkatını verən onun dənizə atıldığını fikirləşməsin. Bu, “Allahın bankı”na qoyulmuş pula bənzəyir. Allah onları bizim üçün artırır və onlara halal faiz əlavə edir. (SalamNews). Bu gün Azərbaycanda fitrə və nəzirlər məscidlərin və ziyarətgahların yaxınlığındakı qutulara yığılır. Təzəpir məscidinin axundu hacı Farizin fikrincə şəriət nəzir yığılmasını nəzərdə tutur: “ Biz ancaq Qafqaz Müsəlmanları İdarəsinin tabeçiliyindəki nəzir qutularına nəzarət edirik”. (hafta.az) Biz yığılan nəzirlərin necə xərclənməsi ilə maraqlandıq. Nardaran məscidinin axundu hacı Nuhbala bildirdi ki, bayram namazına gələnlər özləri nəziri toplayır və kasıblara xərcləyir. Məscidlərin çoxu QMİ-yə tabe olduğu üçün məsələ ilə bağlı qurumun mətbuat xidməti ilə əlaqə saxlamağa çalışsaq da mümkün olmadı.

R.Həsənoğlu

“Qafqaznews” 

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR