Nazim Əsgərov 48 ədəd avtomobil oğurlayıb

Cinayət işinə Suraxanı məhkəməsində baxılacaq

Bir müddət əvvəl Qafqaz Xəbər Agentliyinə (qafqaznews.az ) müraciət edən Abbasov Sabiq Seyfəddin oğlu oğurlanmış avtomobilinin tapılması üçün daxili işlər naziri cənab Ramil Usubovdan kömək istəmişdi. Qısa xatırlatma üçün bildirək ki, vətəndaşın “VAZ-2107” markalı 90-HR-486 qeydiyyat nişanlı avtomobil 13 noyabr 2012-ci il tarixdə oğurlanıb. Zərərçəkən oğurluğu bilən kimi 102 xidmətinə zəng edib və dərhal polislər hadisə yerinə gəlib. Ancaq bu günədək vətəndaşa heç bir məlumat verilməyib. Nazirə müraciətdən sonra zərərçəkəni Bakı Şəhər Baş Polis İdarəsinə dəvət ediblər. Müxbirimiz vətəndaşi qəbul edən BŞBPİ-nin şöbə rəisi polkovnik-leytenant Nəzər Əsgərovla əlaqə saxlayıb. Şöbə rəisi bildirb ki, oğurlanmış avtomobillərlə bağlı məsələ hazırda Suraxanı rayon məhkəməsində araşdırılır. Məsələyə aydınlıq gətirmək üçün Suraxanı rayon məhkəməsi ilə əlaqə saxladıq. 48 ədəd avtomobil oğurluğunda ittiham edilən Nazim Əsgərovun cinayət işi ilə bağlı məhkəmə prosesi sentyabrın 25-də başlayacaq. İşə rayon məhkəməsinin hakimi Zülfüqar Sadiqovun sədrliyi ilə baxılacaq. Hakimin  köməkçisi Əfqan Kazımov müxbirimizə bildirib ki, hələ ki məhkəmə araşdırması gedir.

Sənan Məmmədli

Qafqaz Xəbər Agentliyi (qafqaznews.az )

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR