Astroloji proqnoz – 23 sentyabr

publika.az1410462346burcler 9QOÇ – Qarşılıqlı münasibətlərdə güzəştli mövqe seçin. Risk tələb edən işlərə isə girişməyin. Yaxşı olar ki, soyuq və spirtli içkilərdən, duzlu qidalardan mümkün qədər uzaq olasınız.

 

BUĞA – Səhər saatlarını gərgin şəraitdə keçirsəniz də, özünüzü təmkinli aparmaqla gözlənilən xoşagəlməzliyi dəf edə biləcəksiniz. Nahardan sonra isə sevindirici hadisələrin şahidi olacaqsınız.

 

ƏKİZLƏR – Astroloji göstəricilər ümumi ovqatınızın yüksək olacağını bildirir. Maraqlı insanlarla rastlaşma ehtimalınız da böyükdür. Ulduzlar ziyarətə getməyi məsləhət görsə də, uzaq yola çıxmaq olmaz.

 

XƏRÇƏNG – Göy qübbəsi pulla bağlı məsələlərdə ehtiyatlı olmağı tövsiyə edir. Bir qədər qənaətcil olmağınız vacibdir. Kiməsə borc vermək və ya maliyyə sövdələşmələrinə girişmək yolverilməzdir.

 

ŞİR – Həftənin ən uğurlu gününü yaşayacaqsınız. Bir tərəfdən ailə-sevgi münasibətlərində, digər tərəfdənsə işgüzar sövdələşmələrdə vəziyyət xeyrinizə cərəyan edəcək. Səfər də mümkündür.

 

QIZ – Əsas enerjinizi sevgi amilinə yönəldin. Çalışın ki, hər bir kəlmənizdə, hər bir ifadənizdə özünüzə qarşı rəğbət oyadasınız. İndiki sərt cəmiyyətdə kiminsə qəlbinə dəymək savab iş deyil.

 

TƏRƏZİ – Kifayət qədər uğurlu bir gün yaşayacaqsınız. İştirakçısı olduğunuz hər bir proses yalnız zövqünüzlə uyğunluq təşkil edəcək. Özünüzə inamı artırmaqla uğurları yaxınlaşdırın.

 

ƏQRƏB – Fəaliyyət dairənizi genişləndirmək üçün durmadan fəaliyyətə başlayın. Nəzərə alın ki, bu addım karyeranız üçün böyük əhəmiyyət daşıya bilər. Bu gün qazanmaq ehtimalınız böyükdür.

 

OXATAN – Həddindən ziyadə uğurlu təqvimdir. Ələlxüsus da saat 12-16 arası bəxtiniz gətirə bilər. Həmkarlarınızla aranızda yaranmış soyuqluq səngiməyə başlayacaq. Hətta varlanmaq ehtimalınız da var.

 

OĞLAQ – Ümumi çalarlarına görə gərgin gün olsa da, özünüzü ələ almağı bacarmalısınız. Çünki qarşınızda duran perspektivlərə yetişmək üçün hansısa dedi-qoduya əhəmiyyət verməməlisiniz.

 

SUTÖKƏN – Səhhətinizlə bağlı nasazlığı nəzərə alıb hansısa qeyri-adi və yeni işlərə başlamayın. Yaxşısı budur ki, əsas vaxtınızı mənzil şəraitində keçirəsiniz. Axşama yaxınsa qonaq getmək olar.

 

BALIQLAR – Hiss olunur ki, sizi sevməyənlər artmaqdadır. Lakin ruh düşkünlüyünə mübtəla olmaqdansa, deyildiyi kimi olmadığınızı sübut etməlisiniz. Bu gün maraqlı görüşlərdə iştirakınız gözlənilir.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR