Qafqaz Xəbər Agentliyinin təsisçisi inhisarçı şirkətlərlə bağlı müraciət etdi

Безымянный copyVergilər  naziri cənab  F.Məmmədova,

İqtisadiyyat və sənaye naziri cənab  Ş.Mustafayevə,

Rabitə  və Yüksək  Texnologiyalar naziri  cənab Ə.Abbasova   

 Ölkə başçısı  İlham Əliyev cənabları  Nazirlər Kabinetinin sonuncu toplantısındakı çıxışında bildirdi ki, Vergilər Nazirliyi, hüquq-mühafizə orqanları, icra hakimiyyətləri haqq qoyurlar, pay istəyirlər, “krışalıq” edirlər, buna son qoyulmalıdır…

Həqiqətən də, bu gün heç kimə sirr  deyil ki, bəzi məmurlar  iri şirkətlərə  “krışa”lıq edərək onları şifahi qaydada vergidən azad edirlər. Birincisi, hansısa şirkətin  qeyri-rəsmi olaraq vergidən azad edilməsi, cinayət tərkibli əməldir və dövlətimizin  büdcəsindən oğurluqdur. İkincisi, şifahi şəkildə  olsa da vergidən azad olunma ölkədəki rəqabət mühitinə ən ağır zərbədir, digər şirkətləri  süni şəkildə  sıradan çıxartmaqdır.

Qafqaz Xəbər Agentliyi  “vergidən azad olunan” bəzi şirkətlər   haqqında məqalələr dərc edib. Həmin şirkətlərdən biri  Bakcell-də 3 milyon 500 min manatlıq  kvotası olan Caspian CSM şirkətidir. Belə şirkətlərdən biri də Bakcell-in 7 milyonluq kvotasına sahib  olan  Şahin Telekom və Mobilon şirkətləridir. Bu şirkətlər də şifahi şəkildə vergidən azad olunublar. “Nar Mobile”də inhisarçı rolunu oynayan Loqofon və ona bağlı olan İmperator  və  Aztol şirkətləri də “güzəştli şirkətlər” siyahısındadır.

Digər vacib məqam odur ki,  mobil  operatorlar onlarla əməkdaşlıq etmək istəyən şirkətlərdən tələb edirlər ki, hansısa nüfuzlu şəxs, oliqarx  qeyri-rəsmi qaydada  onlara  zaminlik etsin, yəni həmin şirkətlər üçün təminat-qarant olsun. Bu qayda  isə  həmin sferada  inhisarçılığa səbəb olur. Bütün bunlarla bağlı  araşdırılma aparılmasını və həmin şirkətlərin fəaliyyətinin yoxlanılmasını sizdən xahiş edirik.

Qafqaz Xəbər Agentliyinin təsisçisi

Mahmud  Rasimoğlu

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR