Suraxanıda “fövqəladə vəziyyət” davam edir (FOTOLAR)

11060272_1033708639981377_212520251373597393_nYeni Suraxanı qəsəbəsi Aşağı qəsəbə küçəsində acınacaqlı vəziyyət davam edir. Bu haqda Femida.az-a Təmiz Dünya İctimai Birliyinin sədri Mehriban Zeynalova xəbər verib.

Bir qrup qəsəbə sakini vəziyyətdən çıxış yolunu mətbuata vasitəsilə ictimailəşdirməkdə görüb. Şikayətçilərin sözlərinə görə, Yeni Suraxanı Qəsəbəsi, Aşağı qəsəbə küçəsində zibil qalıqları vaxtında daşınmadığı üçün ərazidə antisanitariya vəziyyəti yaranıb. İndi yay fəsli olduğu üçün vəziyyəti təsəvvür etmək heç də çətin deyil.

Ərazidən çəkilən fotolardan da aydın görünür ki, qəsəbənin ərzazisində vəziyyət həqiqətən acınacaqlı vəziyətdədir. Ərazinin asfalt örtüyünün bərbad vəziyyətdə olması gediş-gəlişi demək olar ki, mümkünsüz edir. Qəsəbə sakini Zibeydə Cabbarovanın sözlərinə görə, bir müddət öncə məhəlləyə gələn yola girmək mümkün olmayıb. Yerli sakinlərin pulu hesabına ərzaiyə daş töküldükdən sonra hərəkət etmək mümkün olub. Qeyd edək ki, ərazidən daşınmayan zibil qalıqları ətrafa pis qoxu yaratmaqla yanaşı, həm də ciddi xəstəlik mənbəyidir. Sakinlər vəziyyətlə bağlı aidiyyatı qurumlara dəfələrlə rəsmi şəkildə müraciət etmələrinə baxmayaraq heç bir tədbir görülmədiyindən şikayətləndi.

Femida.az qarşı tərəfin də fikrini öyrənib.Yeni Suraxanı Bələdiyyəsinin sədri Mirzəyev Rəşad İlham oğlunun sözlərinə görə, mövcud vəziyyətlə bağlı şikayətçilərlə görüşüb. Vəziyyətin aradan qaldırılması üçün əllərindən gələni edəcəklərini söylədi.

11796314_1033708539981387_2038828023695806507_n 11722288_1033521283333446_2226844429783584087_o (1)

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR