“Kapital Bank”ın bankomatı partladılıb

9f62ec76-447b-4ed8-a54f-815739a998f4_292Abşeron rayonunda “Kapital Bank” ASC-yə məxsus bankomatdan oğurluğa cəhd olub. “Report” xəbər verir ki, gecə saatlarında rayonun Saray qəsəbəsində naməlum şəxs və ya şəxslər ASC-nin bankomatını oradakı pulları götürmək məqsədilə sındırıblar. Hadisə zamanı bankomatın monitorunda partlayış baş verib. Soyğunçuluq etmək istəyənlər ərazidən uzaqlaşıblar.

Faktla bağlı araşdırma aparılır.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR