İki qurumun “birgə naziri” Səfər Mehdiyev

11805818_953413481366554_200782067_nVə Hindistandan gətirilən camış əti problemi 

 Qafqaz Xəbər Agentliyi bildirir ki,Vergilər Nazirliyi  ( VN ) və Dövlət Gömrük Komitəsinin ( DGK ) vahid  qurumda  birləşdirilməsi  mətbuatın gündəmindən düşmür. Əlbəttə, struktur  islahatları, paralel  qurumların birləşdirilməsi vacibdir. Ancaq hiss olunur ki, bu  məsələdə  maraqlı qüvvələr var. Bu  məsələ ilə bağlı redaksiyamıza ilginc məlumatlar daxil olub.

Beləki, son vaxtlar DGK  sədrinin  birinci  müavini Səfər Mehdiyevin vəzifəsindən  uzaqlaşdırılacağı ilə bağlı məlumatlar səngimək bilmir.

Məlumdur ki, Səfər Mehdiyev  uzun müddətdir ki, DGK-da  kadr məsələlərini həll edir, büdcədən kənar maliyyə məsələlərinə baxır, bir sözlə  komitədə “katyol”   onun  nəzarətindədir.

Hətta dolaşan qeyri-rəsmi xəbərlərə görə, Səfər Mehdiyev  “kassa”ya  bir milyarddan çox  pul atıb. Hətta bunu  sübut etmək  üçün  onun Bakı şəhərində və Dubayda olan obyektlərinin foto şəkilləri çəkilərək həm yuxarlara, həm də mətbuata təqdim olunub.

Amma hələ ki, ona  xoşluqla izah ediblər ki, oğurlanan  milyard  “kassa”ya qaytarılmalıdır. Əks təqdirdə, Səfər Mehdiyevin aqibəti keçən ay  “Bandotdel”də  “dincələn”  biznesmenlərin aqibətindən pis olacaq.

Qafqaz Xəbər Agentliyinə verilən məlumata görə, Səfər Mehdiyev  qrup şəklində mübarizə aparmaq fikrinə düşüb. Amma unudur ki, “Bandotdel”in də əsas işi dövlətin əmlakını məhz  qrup şəkilində dağıdanlarla mübarizə aparmaqdır.

Səfər Mehdiyev   “kassa”ya atdığı milyardın  hesabına  bir neçə qrupu  birləşdirib  güc mərkəzi  yaradaraq  Vergilər Nazirliyi və DGK-nın  “birgə  rəhbəri “  olmaq istəyir. Hətta  bu qrup   yerlərdə  sahibkarları  hakimiyyətdən narazı salmaq üçün hər  vasitəyə əl atır.

Daxil olan məlumata görə, Səfər Mehdiyev Vergilər Nazirliyində iri post tutan bir neçə nəfər məmurla da birləşib ki, iki qurum birləşəndə  onun nazir təyin olunmasına dəstək olsunlar. Hətta  2 qurumun birləşməsi ilə bağlı  yazıları da mətbuata bu qrup sifariş verir.

Sonda onu qeyd edək ki, Səfər Mehdiyevin adı ölkə mətbuatında Hindistandan gətirilən camış əti ilə bağlı daha çox  hallanır. Amma bundan daha ciddi məqamlar var ki, ona növbəti yazıda toxunacağıq.

Sənan Məmmədli

“Qafqaznews” 

 

 

 

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR