İranda səhiyyənin qiyməti bahalaşıb?

Səfir açıqlama verdi.

iranİranda qiymətlərin artması əslində dünyada qiymətlərin artması ilə əlaqədardır. Bu, qeyri-təbii deyil.

Oxu.Az-a bu barədə İranın Azərbaycandakı səfiri Möhsün Pakayinölkəsində təqdim olunan səhiyyə xidmətlərinin bahalaşmasını şərh edərkən bildirib.

“Lakin bununla belə, biz dövlət olaraq İranın Həkimlər İttifaqından xahiş etdik ki, müalicə qiymətləri çox da baha olmasın. Xarici ölkə vətəndaşları, o cümlədən Azərbaycan vətəndaşları da gəlib burda müalicə ala bilsinlər” – deyə, səfir qeyd edib.

M.Pakayin bildirib ki, keçən il bir müddət qeyri-təbii olaraq qiymətlər yüksəlmişdi.

“Lakin hazırda qiymətlər yenə də stabildir” – deyə, səfir əlavə edib.

Qeyd edək ki, KİV-də yayılan məlumata görə, İranda səhiyyənin qiyməti bahalaşdığından Azərbaycan vətəndaşlarının adıçəkilən ölkəyə axını azalıb.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR