“Yanğına görə, cinayət işi qaldırmağa dəyməz”

1430309369277150123_1000x66930 iyulda saat 14: 00-da Cəlilabad meşəbəyliyinin 8 saylı dolayında yanğın hadisəsi baş verib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ( ETSN ) mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib ki, yanğının qarşısının alınması üçün əraziyə dərhal Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar Nazirliklərinin yerli qurumlarının əməkdaşları cəlb olunub. İlkin ehtimala görə yanğının baş verməsinə səbəb avtomobildən atılan siqaret kötüyü olub. Hazırda yanğının söndürülməsi istiqamətində ciddi tədbirlər davam etdirilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi havaların isti keçməsi ilə əlaqədar əhalini bir daha təbiətdə olarkən odla ehtiyatlı olmağa, taxıl məhsullarının biçini zamanı yanğın təhlükəsizliyi normalarına riayət etməyə, söndürülməmiş siqaret kötüklərini ətrafa atmamağa, yanğın təhlükəsizliyi qaydalarına əməl etməyə və xalqımızın milli sərvəti olan meşələrimizi qorumağa çağırır. (АПА). Təəssüf ki, meşə yanğınları Azərbaycanda adi hala çevrilib. Yanğın zamanı ətrafa külli miqdarda ziyan dəyir. Adətən, belə yanğınların səbəbi oradan keçən avtomobillərdən atılan siqaret olur. Yanğından sonra günahkarlar yüngül cərimə ilə canlarını qurtarır. Yüngül cərimələri, ağır cəzalarla əvəz etməyin vaxtı çatmayıbmı..?

Qafqaz Xəbər Agentliyi bildirir ki, Milli Məclisin üzvü Aydın Abbasovun fikrincə, bunun üçün dünya təcrübəsi ilə tanış olmaq lazımdır: “ Əgər yanğın yaşayış massivindən uzaqda baş veribsə, cinayət işi qaldırmağa ehtiyac yoxdur”.

Rəşad Rüstəmov

“Qafqaznews” 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR