Aktrisa Naibə Allahverdiyeva seriallarla bağlı açıqlama verib. O deyib: “Mən bu sözlə razı deyiləm ki, yaxşı teatr aktyoru serialda eyni peşəkarlığı göstərə bilməz. Xeyr, elə deyil! Kor-kor, gör-gör. Elələrini seriala çəkirlər ki, insan dəhşətə gəlir. Efir cəlbedicilyi sevir. Yaxşı teatr aktrisası filmdə çox gözəl oynaya bilər. Kino aktyorları isə teatrda oynayanada çətinlik çəkirlər. Elə aktyorlar olub ki, kinoda uğur qazanıb, teatrda isə heç nə edə bilməyib. Bunlar faktdır. Kino texniki bir sənətdir. Teatrda isə hər şey canlıdır, buraxılmış səhvlər dərhal nəzərə çarpır. Burda qeyri-peşəkarlıq mümkün deyil”.
“İndiki seriallara heç kim baxmır” – deyən aktrisa bunun səbəblərini də açıqlayıb: “Baxan da candərdi baxır. Çünki digər kanallarda baxmağa heç nə olmur. Hamı düşünür ki, niyə axı bizim seriallar bu gündədir?!” Çünki rejissorlar pul vermək istəmir. Mən çox heyfslənirəm ki, dövlətin pulu rejissorların cibinə gedir. Bu ayrılan vəsait təkcə rejissorlar üçün yox, həm də aktyorların vəziyyətin yaxşılaşdırılması üçündür. Çox təssüf ki, o pullar fırıldaqçıların əlinə düşüb və havayı gedir. Seriallarda mafiya əmələ gəlib. Çox zaman cavan-cavan qızları çəkirlər. Nəyə görə çəkirlər, bu artıq aydın məsələdir. Həmin qızla tanış olmaq üçün, yaxınlaşmaq, əlaqə yaratmaq üçün götürüb onu filmə çəkirlər… Rejissorların öz dillərindən çıxan sözlərdir. Kim kimin dostudur, kim kimin adamıdır, kim kimin qohumudur həmin rejissor onu serialına çəkir. Dəyərli, istedadlı, ömrünü bu sənətə qoyanlar isə lazımsız əşya kimi kənarda qalır! İndiki seriallarda peşəkarlıq axırdan birinci yerdədir. Aktrisa mövcud vəziyyət haqqında susmayacağını da bildirib: “Mən və bir qrup aktyor dostlarımızla birlikdə dövlətə, aidiyyəti qurumlara bu barədə müraciət yazmağa hazırlaşırıq. Bizim başqa sənətimiz yoxdur ki, gedək onunla məşğul olaq. Bizim sənətimiz aktyorluqdur. Niyə görə axı bizim üçün ayrılan vəsait bizə çatmamalıdır?!”
Aktrisa Naibə Allahverdiyeva Mövqe. az-a seriallarla bağlı açıqlama verib. O deyib: “Mən bu sözlə razı deyiləm ki, yaxşı teatr aktyoru serialda eyni peşəkarlığı göstərə bilməz. Xeyr, elə deyil! Kor-kor, gör-gör. Elələrini seriala çəkirlər ki, insan dəhşətə gəlir. Efir cəlbedicilyi sevir. Yaxşı teatr aktrisası filmdə çox gözəl oynaya bilər. Kino aktyorları isə teatrda oynayanada çətinlik çəkirlər. Elə aktyorlar olub ki, kinoda uğur qazanıb, teatrda isə heç nə edə bilməyib. Bunlar faktdır. Kino texniki bir sənətdir. Teatrda isə hər şey canlıdır, buraxılmış səhvlər dərhal nəzərə çarpır. Burda qeyri-peşəkarlıq mümkün deyil”. “İndiki seriallara heç kim baxmır” – deyən aktrisa bunun səbəblərini də açıqlayıb: “Baxan da candərdi baxır. Çünki digər kanallarda baxmağa heç nə olmur. Hamı düşünür ki, niyə axı bizim seriallar bu gündədir?!” Çünki rejissorlar pul vermək istəmir. Mən çox heyfslənirəm ki, dövlətin pulu rejissorların cibinə gedir. Bu ayrılan vəsait təkcə rejissorlar üçün yox, həm də aktyorların vəziyyətin yaxşılaşdırılması üçündür. Çox təssüf ki, o pullar fırıldaqçıların əlinə düşüb və havayı gedir. Seriallarda mafiya əmələ gəlib. Çox zaman cavan-cavan qızları çəkirlər. Nəyə görə çəkirlər, bu artıq aydın məsələdir. Həmin qızla tanış olmaq üçün, yaxınlaşmaq, əlaqə yaratmaq üçün götürüb onu filmə çəkirlər… Rejissorların öz dillərindən çıxan sözlərdir. Kim kimin dostudur, kim kimin adamıdır, kim kimin qohumudur həmin rejissor onu serialına çəkir. Dəyərli, istedadlı, ömrünü bu sənətə qoyanlar isə lazımsız əşya kimi kənarda qalır! İndiki seriallarda peşəkarlıq axırdan birinci yerdədir. Aktrisa mövcud vəziyyət haqqında susmayacağını da bildirib: “Mən və bir qrup aktyor dostlarımızla birlikdə dövlətə, aidiyyəti qurumlara bu barədə müraciət yazmağa hazırlaşırıq. Bizim başqa sənətimiz yoxdur ki, gedək onunla məşğul olaq. Bizim sənətimiz aktyorluqdur. Niyə görə axı bizim üçün ayrılan vəsait bizə çatmamalıdır?!”
Tweet