“Bozbaş Picture”in “Fəlakət”i Elşən Orucov şəxsi həyatından danışıb.
“Qafqazinfo”nun məlumatına görə, aktyor həyatında olan məşhur xanımın Röya olması haqda yayılan məlumatlara münasibət bildirib:
“Həyatımda məşhur bir xanım olub, ayrılmışıq. Buna peşman deyiləm. Şəxsi həyatımdan danışmağı sevmirəm. Röya ilə yaxın dostuq, haqqımızda gəzən şayiələri ciddi qəbul etmirəm. Biri ilə dostamsa, bu dostluq olaraq qalır. Başqa münasibət olsa, gizlətmərəm. Həyatımda sevgi yoxdur”.